"Onlar sənəti aşağı salır"
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Brilliant Dadaşova "El canlı" verilişində qonaq olub.
BAKU.WS Axşam.az-a istinadən xəbər verir ki, sənətçi proqramda bəzi müğənniləri tənqid edib:
"Aparıcıları bəyənirəm. Ancaq qonaqların bəziləri elə bir ab-hava yaradırlar ki, aparcı onlarla qeyri-etik dialoqlar aparır. Qeyri-etik suallar verir. Bəzi qonaqlar özlərini çox sərbəst aparırlar. Evlərinin mətbəxində olan söhbət kimi. Əlbəttə ki, biz də mətbəximizdə olan söhbətləri edə bilərik. Amma ki, bizim mətbəximizdə normal söhbətlər gedir. Onları səhnəyə çıxaranda, fikirləşirəm ki, ayıb olmaz. Amma elə söhbətlər var ki, onları nəbadə efirə çıxarmaq olmaz. Amma aparıcıların hamısını xoşlayıram. İnciklik olmasın, amma deyəcəyəm. Deyirlər ki, təlxək saraya daxil olursa, o padişaha çevrilmir. Amma təlxək sarayı sirkə çevirə bilir. Elə müğənnilər var ki, sənət onları heç cür qaldıra bilmir. Onlar sənəti əfsus olsun ki, aşağı salır".
Oxşar xəbərlər
Xalq artistinin oğlu Çində Ali təhsil alır
Xalq artisti Miri Yusifin oğlu Çində maliyyə üzrə təhsil alır. BAKU.WS xəbər verir ki, bu barədə sənətçi "Qonaqcanlı" verilişində bildirib. O böyük oğlu Mircahi...