"Nüsrət"in oyunu çıxdı (FOTOLAR)

Nüsrətin oyunu çıxdı (FOTOLAR)
Şou-biznes 1594

Duztökmə hərəkəti ilə fenomen olan tanınmış iş adamı Nüsrət Gökçe üçün oyun hazırlanıb.

BAKU.WS axşam.az-a istinadən bildirir ki, onun ət bişirmə, kəsmə və özünəməxsus duztökmə hərəkətləri "Nusret Salt Bae" oyununda öz əksini tapıb.

Bundan başqa onunla bağlı "Salt Bae Hot Chef", "Nusret The Game", "Salt Bae", "Turkish Butcher" oyunları da istifadəçilər üçün təqdim olunub.

Qeyd edək ki, 2010-cu ildən Dubayda və Türkiyədə fəaliyyətə başlayan Nüsrət Gökçənin rəhbərlik etdiyi Nusr-Et Steakhouse restoranı dünyada məşhurlaşıb. Onu da qeyd edək ki, bu yaxınlarda məşhur Hollivud ulduz Leonardo Di Kaprio da Nusrətin qonağı olub. Bundan başqa onun duztökmə hərəkəti nəyinki Türkiyədə bütün dünyada məşhurdur. 

Nüsrət Dubaydakı bir media şirkətində çalışan Candy Denat ilə birlikdə yaşayır. Təxminən 1 il əvvəl baş tutan tanışlıq bir müddət sonra qarşılıqlı eşqə çevrilib. Cütlük kecən ay məşhur bir italyan geyim markasının Dubayda kecirilən təbirinə də birlikdə qatılıblar. 

BAKU.WS

 

Oxşar xəbərlər

Bu da Nüsrətin sevgilisi (FOTO)

Bu da Nüsrətin sevgilisi (FOTO)

Son zamanlar etdiyi paylaşmalarla adından tez-tez söz etdirən məşhur iş adamı Nüsrət Gökcə bu dəfə də öz sevgilisi ilə gündəmə gəlib. BAKU.WS-in türk mətbuat...

1649 Sosial 15:03 15 fevral 2017

Son xəbərlər