Calliope - dəbin yeni nəfəsi (FOTO)

Calliope - dəbin yeni nəfəsi (FOTO)
Şou-biznes 3640

16 iyun Ganclik Mall ticarət mərkəzində İtaliyanın məşhur geyim markalarından biri olan Calliope öz ilk mağazasını açdı. Bu marka dünyada öz "layt qlamur" tərzində olan müasir modelləri ilə məşhurdur.

Bir çox modabazlar və şoperlər bu geyim markasını yaxından tanıyırlar. Calliope markası dünyada rəğbətini sırf münasib qiyməti sayəsində qazanıb. Məhz bu marka şıklıq və qlamuru qiymətləri nəticəsində belə əlçatan edib - top 6.90 azn-dən, t-shirt-lər 12.90 azn-dən, bluz və şortlar 19.90azn-dən başlayır, bəzi modellərə isə hətta ikincisini aldıqda 50% endirim edilir. Bütün bunar qarderobu tez-tez istədiyiniz yeniliklərlə zənginləşdirməyə imkan verir. 

Mağazanın özü İtalyan revyerası üslubunda bəzədilib. Adriatik dənizin sahilləri yay kolleksiyasında öz əksini tapıblar. Bütün kolleksiya kişi və qadın geyim və aksessuarlarından ibarətdir. Burada geyimlər gözoxşayan rəng çalarında yumşaq və havalı parçalardan, dəbli və rahat biçimdə hazırlanıb, çünki Calliope-dən geyim həm gözəl, həm də çox rahat olmalıdır. 

Modellər sırasında etnik mövzulardan, hərdən isə əlvan və gözəçarpan rənglərdən istifadə edilib. Bu özünə əmin olan cəsarətli insanlar üçün tapıntıdır. Burada əsl İtalyan temperamenti öz sözünü deyib. 

BAKU.WS

Oxşar xəbərlər

İnanılmaz həqiqət. İtalyan dəbi 6.90 azn-dən.

İnanılmaz həqiqət. İtalyan dəbi 6.90 azn-dən.

Dünənki gün daha bir əlamətdar və sevinc dolu hadisə ilə yadda qaldı. Məşhur İtaliya brendi Terranova Bakıda, Ganclik Mall-da öz qapılarını açdı. Müasir və ən...

2632 Digər 10:36 16 iyun 2016

Son xəbərlər