SOCAR-dan işçilərinə geyim qadağası (VİDEO)
Azərbaycanda Dövlət Neft Şirkəti (SOCAR) işçiləri üçün yeni qaydaları tətbiq etməyə başlayıb.
BAKU.WS-in məlumatına görə, yeni geyim qaydaları avqustun 1-dən qüvvəyə minib. Şirkətinin hazırlanan yeni video təqdimatında "SOCAR-ın korporativ geyim forması standartı” təqdim edilib.
Geyim standartında kişilərə tünd rənglərdə (qara, boz, göy və s.) kostyum, solğun və tək tonlu köynək, rəngi geyimə uyğun olan neytral rəngli ayaqqabı, tək tonlu corab geyinə bilər. Kişilərin nişan üzüyü, sadə qol saatı taxmasına icazə verilir.
Qadınların da əsasən, tünd rəngli kostyum və ya klassik biçimli şalvar və pencək, ətəyə uyğun gələn solğun və tək tonlu köynəklərə geyinə bilərlər. Rəngbərəng, naxışlı corabların geyinilməsinə, işə corabsız gəlməyə icazə verilmir.
Geyim standartında işçilərin saç düzümü, geyindikləri corab da nəzərə alınıb. Qaydalar arasında qadınların makiyajı ilə bağlı maddələr də var. SOCAR-ın qadın əməkdaşlarının makiyajı sadə, dırnaqları isə qısa olmalıdır.
Oxşar xəbərlər
SOCAR benzinin qiymətini ucuzlaşdırdı
Gürcüstanda yanacağın qiyməti ucuzlaşdırılıb. BAKU.WS-in məlumatına görə, ölkədə fəaliyyət göstərən bir neçə şirkət qiymətləri 5-6 tetri (2 qəpik) aşağı salıb...