İntihar edən Mövludun məzar daşına yazılan yazı ürək parçaladı:"Darıxanda zəng elə"

İntihar edən Mövludun məzar daşına yazılan yazı ürək parçaladı:Darıxanda zəng elə
Şou-biznes 4397

Yazıçı Kəramət Böyükçölün bir neçə gün əvvəl intihar edən jurnalist Mövlud Mövludla bağlı son paylaşımı ürək parçalayıb.

 

BAKU.WS xəbər verir ki, yazıçı dostları onun məzarını ziyarət ediblər. Kəramət Böyükçöl jurnalistin başdaşına yazılmış yazıdan bəhs edib.

"Mövludun balaca bir başdaşı vardı. Taxtadan qoyulmuşdu, müvvəqqəti idi. Qırmızı qələmlə üstünə yazdım ki, darıxanda zəng elə. Oturub zəng gözləyirəm"... Xatırladaq ki, Mövlud Abdullayev – Mövlud Mövlud 16 mart 2017-ci il gecə saat 2 radələrində özünü işlədiyi ofisin yerləşdiyi binanın 17-ci mərtəbəsindən ataraq intihar edib. Bu xəbər onu tanıyan hər kəsi dərindən sarsıdıb.

Aynur Ələkbərova

BAKU.WS 

Son xəbərlər