Tanınmış yazarı intihara SÜRÜKLƏYƏN SƏBƏB
Bu gecə dəhşətli intihar hadisəsi baş verib. Saat 2 radələrində tanınmış yazar Mövlud Mövlud iş yerinin yerləşdiyi binanın 17-ci mərtəbəsinə qalxaraq, özünü atıb.
BAKU.WS xəbər verir ki, yeniçağ.az onun iş yoldaşı Qurban Yaquboğlu ilə əlaqə saxlayıb. O, baş verən hadisədən şok yaşadığını deyib:
"Mövludun bu hərəkətini ağlıma da gətirməzdim. Dünən işdən bir yerdə çıxdıq. Dayanacağa qədər getdik. Əhvalı yaxşıydı, dedi ki, bir nəfərlə görüşməliyəm. Hər gün dostlarıyla görüşürdü, dərdləşirdi. Mən heç soruşmadım, hara gedirsən, kiminlə görüşürsən. Səhəri belə bir dəhşətli xəbərlə açdıq".
Q.Yaquboğlu onun ailə problemləri yaşadığını deyib:
"Mövludun ailəsi ilə bağlı problemləri vardı, buna görə çox fikir edirdi. Hətta depressiya içində idi, amma yavaş-yavaş özünə gəlirdi. Mənə deyirdi ki, artıq özümə gəlirəm. Amma bizi aldadırmış. O, işimizin yaxınlığındakı beşmərtəbəli binada kirayədə qalırdı. Amma özünü işlədiyimiz binanın 17-ci mərtəbəsindən atıb. Görünür, hündür yer seçib ki, ölümü də rahat olsun. Bağışla, Cəvahir, göz yaşlarım danışmağa qoymur".
Qeyd edək ki, Mövlud Mövlud müğənni Xumar Qədimovanın bacısı oğludur.
Arzu Mirzəyeva
BAKU.WS
Oxşar xəbərlər
Gənc yazar intihardan əvvəl qapıya iki ürək şəkili yapışdırıb – FOTO
Xəbər verildiyi kimi, gənc yazar Mövlud intihar edib. O, özünə qıymazdan əvvəl ailəsi ilə birlikdə kirayədə yaşadığı mənzilə gəlib. Qonşuların dediyinə görə, Mö...