Bakıda müəmmalı ölüm dalğası, 6-cı günün sirri (FOTOLAR)

Bakıda müəmmalı ölüm dalğası, 6-cı günün sirri (FOTOLAR)
Hadisə 8323
 

Canına qıyanlar eyni yaşda olublar. Hamısı 6-cı gün intihar edib və hamısının da cibindən məktub çıxıb. Ayrıca, intihar edən uşaqların hamısı kasıb ailələrin uşaqlarıdır.

Təxminən bir neçə ay əvvəl Kürdəxanı kəndində baş verən intihar hadisəsi bütün ölkəni sarsıtmışdı. Bu, son 2 ildə Kürdəxanı qəsəbəsində intihar edən 5-ci yeniyetmə idi. Nə müəmmadırsa, son 2 ildə qəsəbədə yerləşən 113 saylı orta məktəbin, xüsusilə 9-10-cu sinif şagirdləri bir-birinin ardınca intihar etdi. Belə yeniyetmələrin sonuncusu Teymur Həsənli oldu. 2001-ci il təvəllüdlü Teymurun asılmış cəsədi, işlədiyi qarajda asılmış vəziyyətdə tapılmışdı. 

  Kürdəxanı kənd113 saylı orta məktəb

"Oğlumu məhv etdilər"

Teymurgilin evi Kürdəxanı kəndinin qurtaracağında yerləşir. Qısa axtarışdan sonra evi tapıram. Teymurun əvvəlcə anası mənimlə danışmaq istəmirdi. Hətta öz-özünə "bəxtəvər olmuşam, müsahibə verəcəyəm" deyə narazılıq da etdi. Atası ilə telefon danışığından sonra ailənin razılığını aldım.

Ailə 3 il əvvəl Kürdəxanıya köçüb. Əslən İmişlidən olan ailə, 18 ildir ki, Bakıda müxtəlif yerlərdə kirayədə qalıb. Sonra Teymurun atası Kürdəxanıda torpaq alaraq ev tikir və ailə burada yarıtikili evdə yaşamağa başlayır. "Oğlumu məhv etdilər" Anası Afət Əmirova danışır ki, oğlunu kimsə ölümə, intihara məcbur etməsəydi, o, özünü öldürməzdi: "Nə deyim, heç özümüz də bilmirik niyə belə etdi. Səhər işə gedəndən yarım saat sonra bu xəbəri aldıq. Çox sakit uşaq idi. Nə deyərdim, "baş üstə" deyərdi. Namaz qılırdı, bu il oruc da tutmuşdu".

Söhbətin bu yerində, məni teymurgilin evinə gətirən Hacı (Teymurun dostu) söhbətə qoşulur: "Həmin gün mənə yazdı ki, "gəl sexə, görüşək, işim var səninlə". Hardasa, saat 11 olardı. Mən də nənəmgildə olduğum üçün yanına gedə bilmədim. Sevdiyi qız var idi. Qızın ailəsi çox imkanlı idi. Buna görə tez-tez problemləri olurdu, dalaşıb ayrılırdılar".

Ana yenidən söhbətə davam edir: "Onun nə problemi vardısa, bir gün öncədən olmuşdu. Yeməyə iştahı yox idi. Fikirli idi. Yanımdan sakitcə keçib getdi. Mən onu hər dəqiqə axtarırdım. Onları tapıb stolun ətrafına yığmamış süfrəyə yemək qoymazdım. Ölümündən sonra məktəb yoldaşlarından birini tapıb gətirdim ki, mənə Teymur haqqında danışsın. Həmin uşaq danışdı ki, bu ilin aprel ayında Teymur özünü üçüncü mərtəbədən atırmış. Mənim uşağım niyə intihar etməli idi ki? Deməli, bu, uzun zamanın söhbəti idi. Mənə heç kim bu barədə danışmamışdı. Ölümündən sonra danışdılar. Yavaş-yavaş oğlumu məhv elədilər". "Evimizə qədər gəldi, övladımı qorxutdu"

"Evimizə qədər gəldi, övladımı qorxutdu"

Ana düşünür ki, oğlunu kimsə bezdirib, qorxudub, intihar həddinə çatdırıb: "Ölən uşaqlar hamısı eyni yaşda idilər. Hamısı 6-cı gün intihar edib və hamısının da cibindən məktub çıxıb. Və intihar edən uşaqların hamısı kasıb ailələrin uşaqları olub. Burada nəsə sirr var, amma bilmirəm nədir. Mənim oğlum özünü öldürəcək uşaq deyildi". 

Teymurun intihar etdiyi qaraj

Hacı da Teymurun gizli həyatından danışır: "Onun həyatında çoxdan bir qız var idi. O qız başqa sinifdə oxuyurdu. Buna görə də Teymur can atırdı ki, qızın oxuduğu sinfə keçsin. Son günlər bilirdim ki, qızdan ayrılıb. Dözə bilmirdi. Qız imkanlı ailədən idi. Çox aşağılayırdılar Teymuru. Biz də başa salırdıq ki, o, imkanlı qızıdır, onsuz da sizi qoymacaqlar bir yerdə olmağa. Teymur isə bunu qəbul etmək istəmirdi".

Afət, son vaxtlar qəribə hadisələr baş verdiyini əlavə edir: "Gecələr məhlədə itlər hürüşürdü. Sanki kimsə qapımıza gəlirdi və itlər onu qovurdu. Qonşular deyirdilər ki, kimsə gəlirmiş məhləyə. Hamımız çıxdıq məhləyə ki, görək kimdir. Teymur isə dedi ki, "ana, heç nə yoxdur, hər şeydən şübhələnmə". Səhəri gün yenə eyni hadisə baş verdi. Bilmirəm, kimdir, amma bilirəm ki, kimdirsə, evimə qədər gəldi, övladımı qorxutdu".

"Bu, müəmmalı bir hadisədir. Sabah başqası da intihar edəcək. Deyəcəklər, sevgi üstündə öldü. Ruslan (Kürdəxanıda intihra edən yeniyetmələrdən biri — İ.C.) niyə özünü öldürdü? Çox mehriban uşaq idi. Teymurla da yaxın idilər. Yəni, kimdirsə, bizim uşaqların qanına susayıb. Mən inanmıram, qız üstündə olsun bu intiharlar", — deyir dərdli ana.

 

 Teymurun evi

Afət xanımın dediyinə görə, oğlu özünü asanda, onu ilk dəfə Dadaş görüb: "Bəlkə də kömək etsəydilər, ölməzdi. Polisdən qabaq onlar özləri kömək etməli idilər. Həkim gəlib baxanda deyib ki, "yenicə keçinib". Özünü trosla asıb".

Aradan 3 ay keçməsinə baxmayaraq, anası hələ də Teymuru itirdiyinə inanmır: "Hərdən elə bilirəm ki, axşam olanda evə gələcək. Sonra yadıma düşür ki, Teymur artıq yoxdur".

Müəmmalarla dolu məktəb

Sağollaşıb ayrılıram, fotosunu çəkməyimi istəmir. Deyir, hazırda bir arzusu var — balasının qatilinin tapılması.

"Mənə "WhatsApp"da yazdı ki, "səninlə danışmaq istəyirəm". Dedim, uzaqdayam. Dedi, "tez gəl, sonra gec olacaq". Amma həqiqətən uzaqda idim, gələ bilməzdim. Sonra kəndə qayıdanda qardaşımdan eşitdim ki, Teymur intihar edib", — deyir Hacı.

Sonra yolumu müəmmalarla dolu 113 saylı orta məktəbdən salıram. Şənbə günü və axşamüstü olduğu üçün, məktəbdə heç kim yoxdur. Bir neçə foto çəkməklə kifayətlənməli oluram… (Sputnik)

İlyas Quliyev

BAKU.WS

Oxşar xəbərlər

Bakıda 15 yaşlı qız doğum günündə özünü asdı

Bakıda 15 yaşlı qız doğum günündə özünü asdı

Bakıda intihar hadisəsi baş verib. BAKU.WS bildirir ki, Binəqədi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Xocahəsən qəsəbəsində qey...

3429 Hadisə 13:15 07 oktyabr 2016

Son xəbərlər