Gənc yazar intihardan əvvəl qapıya iki ürək şəkili yapışdırıb – FOTO

Gənc yazar intihardan əvvəl qapıya iki ürək şəkili yapışdırıb – FOTO
Sosial 2713

Xəbər verildiyi kimi, gənc yazar Mövlud intihar edib. O, özünə qıymazdan əvvəl ailəsi ilə birlikdə kirayədə yaşadığı mənzilə gəlib. Qonşuların dediyinə görə, Mövlud uzun müddət imiş ki, tək yaşayırmış. Həmin gün də evə tək gəlib.

BAKU.WS Musavat.com-a istinadən xəbər verir ki, yaşadığı mənzilin qapısına iki ürək şəkili vuran gənc yazar daha sonra yaxınlıqdakı 17 mərtəbəli binaya gedib.

Binanın mühafizə xidmətində çalışan şəxslər deyir ki, həmin saatda binaya girən şəxsi görməyiblər. Ancaq saat 2 radələrində binanın yuxarı mərtəbələrindən birindən yerə nəsə düşdüyünü görüblər. Binanın qarşısına yaxınlaşadıqdan sonra hadisənin intihar olduğunu biliblər.

Mərhumun meyiti hadisə yerindən aparılarkən cibindən düşən bəzi əşyaları orada qalıb.

Gənc yazarın kirayədə yaşadığı mənzilinin açarı, xırda pul əsginasları və alışqanı hadisə yerində qalıb. Mühafizəçilər həmin əşyaları aidiyyəti üzrə təhvil vermək üçün saxladıqlarını deyirlər.

Arzu Mirzəyeva

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər