Mobil telefonlara "Wi-Fi"li zənglər gəlir (YENİLİKLƏR)

Mobil telefonlara Wi-Fili zənglər gəlir (YENİLİKLƏR)
Şou-biznes 1165

"Azercell Telecom" MMC "Wi-Fi" şəbəkəsi üzərindən səs rabitə xidmətini tətbiq etməyə hazırlaşır.

BAKU.WS-in məlumatına görə, bunu "Azercell Telecom"un prezidenti Vahid Mürsəliyev "BakuTel-2015" sərgisi çərçivəsində təşkil edilmiş şirkətin fəaliyyətinin təqdimatında deyib. Onun sözlərinə görə, hazırda bu xidməti göstərmək üçün şirkət lisenziya almaq məqsədilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etməyə hazırlaşır: "Xidmət "Azercell" şəbəkəsinin abonentlərinə "Wi-Fi" şəbəkəsinə qoşularaq zəng etməyə imkan verəcək. Bu servisdən istifadə üçün heç bir əlavəyə hetiyac yoxdur. Şirkətə müraciət edərək servisi aktivləşdirmək kifayətdir. Xidmətin qiyməti və tətbiqi tarixi hələ məlum deyil. Xidmət yalnız ölkənin daxilində göstəriləcək".

 

BAKU.WS

Oxşar xəbərlər

"Azercell"in abunəçilərdən yeni pul qoparmaq üsulu

"Azercell"in abunəçilərdən yeni pul qoparmaq üsulu

"Mobil operator günlərdir telefonuma aidiyyəti olmayan mesajlar göndərirdi. İndi bu da azmış kimi zəng etməyə başlayıblar. Robot sistemlə gələn zəng mənə "Zəngi...

9725 Sosial 12:38 06 oktyabr 2015

Son xəbərlər