Bağlanılacağı deyilən "Azercell"in səhmdarından rəsmi açıqlama

Bağlanılacağı deyilən Azercellin səhmdarından rəsmi açıqlama
İqtisadiyyat 1400

Dünyanın ən böyük üçüncü GSM operatoru olan və 20-dən çox ölkədə fəaliyyət göstərən İsveçin "TeliaSonera" şirkəti Orta Asiya bazarından çıxacağını açıqlayıb. 

BAKU.WS-in məlumatına görə, şirkət bundan sonra Avropa və İsveç bazarına diqqət yönəldəcəklərini bildirib. İsveçin nəhəng GSM operatorunun təsisçisi Yohan Dennelind sözügedən bazardan çıxmaq qərarı verməsi ilə bağlı keçirilən mətbuat konfransında danışıb. 

O bildirib ki, bu qərarı verməyin asan olmadığını ifadə edib. Şirkət rəhbərinin sözlərinə görə, Özbəkistan və Azərbaycandakı paylarının kimlərə satılacağı hələlik məlum deyil. 

Şirkətinin bu ilin ilk iki rübündə ümumi satış gəlirlərinin 21%-i Nepal, Qazaxıstan, Özbəkistan, Azərbaycan, Gürcüstan, Moldova və Tacikistan bazarından əldə olunan gəlirlər təşkil edib. "Orange" və "Vodafone"dan sonra dünyanın ən böyük üçüncü GSM operatoru olan "TeliaSonera" "Azercell"in səhmlərinin böyük bir hissəsinə sahibdir. 

Ötən gün yerli mətbuatda da "TeliaSonera" şirkətinin öz payını sataraq Azərbaycan bazarından çıxacağı xəbərləri yayılmışdı. Hətta Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) bu faktı təsdiq etmişdilər. Yayılan məlumatlar insanların ağlına "Azercell"in bağlanacağı suallarını gətirmişdi. Ancaq RYTN-nin Tənzimləmə şöbəsinin müdiri Əliyar Təmirov təsisçi şirkətin tərkibindən bir şirkətin gedişinin "Azercell" mobil operatorunun bağlanacağı anlamına gəlmədiyini bildirmişdi. 

 

ŞAHİN Həbibov

BAKU.WS

Oxşar xəbərlər

"Azercell" mobil operatoru bağlanır?

"Azercell" mobil operatoru bağlanır?

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi TeliaSonera şirkətinin Azərbaycan bazarından gedişində faciə görmür. BAKU.WS-in haqqin.az-a istinadla verdiyi m...

2761 İqtisadiyyat 14:30 17 sentyabr 2015

Son xəbərlər