"Azercell" mobil operatoru bağlanır?
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi TeliaSonera şirkətinin Azərbaycan bazarından gedişində faciə görmür.
BAKU.WS-in haqqin.az-a istinadla verdiyi məlumata görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Tənzimləmə şöbəsinin müdiri Əliyar Təmirov bildirib ki, təsisçi şirkətin tərkibindən bir şirkətin gedişi "Azercell" mobil operatorunun bağlanacağı anlamına gəlmir.
"Müqavilə var və müqavilənin bütün iştirakçıları onun şərtlərinə riayət etməlidir. Görünür ki, "TeliaSonera" fəaliyyətini dayandıracaq və öz səhmlərini başqa şirkətə satacaq. Abunəçilər buna görə heç narahat olmasınlar, bu səhmdarların daxili işidir", - deyə Ə.Tamirov söyləyib.
BAKU.WS
Oxşar xəbərlər
Azercell abunəçilərinin nəzərinə
"Azercell Telekom” MMC istifadəçilərinə təklif etdikləri bəzi xidmətin gələn ay bağlanacağı barədə məlumat yayıb. BAKU.WS-in məlumatına görə, şirkət göstərilən...