Suriyalı uşaq naziri ağlatdı
İsveçin xanım naziri suriyalı uşaqdan danışarkən ağlayıb.
BAKU.WS məlumat verir ki, İsveçin xarici işlər naziri Marqot Valström ötən gün Yunanıstana gedərkən rezin qayıqlarının batması nəticəsində boğularaq ölən Aylanın şəklindən danışarkən göz yaşlarına hakim ola bilməyib.
İsveçin dövlət televiziyasında yayımlanan "Aktual” verlişində Bodrumun sahilində ölü tapılan suriyalı uşaq haqqında danışıb. Aylandan danışarkən xanım Marqot ağlayıb. Marqot çox üzgün və əsəbi olduğunu bildirib.
"Bu şəkilə baxanda təsirlənməmək və kədərlənməmək əldə deyil" deyən xanım nazir, Avropa ölkələrinə qaçqınların problemi ilə bağlı səslənərək, təcili hərəkət keçmək lazımdır söyləyib.
Ən çox qaçqın sığınacaqlarının Almaniya və İsveçdə olduğunu deyən Marqot, digər Avropa ölkələrinin də qaçqınlara sığınacaq vermələrini istəyib. İsveçlilərin qaçqınlara diqqət göstərəcəyini bildirən Marqot "Hamımız insanıq” deyib.
Ayşən Ayxan
BAKU.WS
Oxşar xəbərlər
Sibel Can və Hakan Şükür "od püskürdü" (VİDEO, FOTO)
Aralıq dənizində Suriya qaçqın uşaqlarının boğulması ilə nəticələnən dəhşətli hadisəyə tanınmışlar da səssiz qalmayıblar. BAKU.WS-in məlumatına görə, tanınmış...