Əməkdar artist: Qadınlar xanımıma zəng edib deyirdilər ki, ərin yanımdadı
14
may
2018
10:39
Əməkdar artist, tanınmış aktyor Çingiz Əhmədov şəxsi həyatından danışıb.BAKU.WS yenicag.az-a açıqlama verən aktyor həyat yoldaşı ilə bağlı maraqlı etiraflar edib:“Xanımım məni heç vaxt qısqanmayıb. Çünki ailə quranda bilirdi ki, aktyorla ailə qurur. Mənim səhnədə tərəf müqabillərimin, eləcə də aktyor kimi fanatlarımın olacağını gözə almışdı. Biz yeni ailə qurduğumuz vaxtlarda qadınlar xanımıma zəng edib deyirdilər ki, ərin yanımdadı. O da deyirdi ki, eybi yoxdur, yanınızda olsun, onsuz da axşam evinə gələcək. Həyat yoldaşım müdrik qadın olub və həmişə mənə dəstək olub. İndi də bir nəvəmiz var. Xoşbəxt kişiyəm ki, bəxtimə belə bir qadın çıxıb”.BAKU.WS
Oxşar xəbərlər
"Bir daha qadın kimi xoşbəxt olmayacam" - Məleykə
"Valideyn itkisi ən ağır idi. Atamı itirdim, ananm mənə ruh verdi. Onun sayəsində addımlar atdım. Bir qadın, qız, uşaq kimi mənə lazım olanda atam getdi. Məsləh...