40 yaşlı subay aparıcı: “ Yazırlar ki, Afaqla sevgiliyəm, Oksana ilə gizli eşq yaşayıram”
26
mar
2018
10:52
Tanınmış aparıcı və son vaxtlar özünü aktyor kimi sınayan Şəhriyar Əbilov şəxsi həyatından danışıb.Yenicag.az-a açıqlama verən 40 yaşlı subay aparıcı insanların onun barəsində cürbəcür şayiələr yaydığını deyib:“Subay kişiyəm, hansı xanımla dostluq edirəm, o saat barəmizdə şaiyələr yaymağa başlayırlar. İnsanlar elə bilir ki, dostluq etdiyimiz xanımlarla sevgi münasibətlərimiz var. Yazırlar ki, Afaq Gəncəli ilə sevgiliyəm, Oksana ilə gizli eşq yaşayıram. Boş-boş söhbətlərdir, Hər iki xanımla çox gözəl, səmimi dostluq münasibətlərimiz var. Oksana ilə çəkildiyimiz “Lal yuxu” serialında isə sevgiliyik, ölürük bir-birimizin dərdindən. Nə olsun, o filmdir, reallıq tam fərqlidir. Oksana gündə bir dənə qız şəkli göndərir ki, bax, birini bəyən evlənmək vaxtındır. Həyatımda ən çox diqqət ayırdığım bir qadın var, o da mənim anamdır”.BAKU.WS
Oxşar xəbərlər
“Mən 25 yaşında qız deyiləm” - Oksana əsəbiləşib efiri tərk etdi – VİDEO
ARB TV-nin “Sayqa ilə bu axşam” proqramında qalmaqal yaşanıb.Qalmaqal rəqqasə Oksana Rəsulova ilə müğənni Əli Mirəliyev və Zöhrə Abdullayeva arasında baş verib....