“Elşadla 6 ildir hər şey bitib” - Oksana ilk dəfə etiraf etdi (VİDEO)
29
noy
2017
17:10
ARB TV-nin “Səhər-səhər” verilişinin növbəti qonağı məşhur rəqqasə Oksana Rəsulova olub.BAKU.WS-in məlumatına görə, o, keçmiş həyat yoldaşı reper Elşad Xose ilə bağlı ünvanlanan sualları cavablandırarkən aralarındakı münasibətə də aydınlıq gətirib:“Burada gizlətməli heç nə yoxdur. Tanınmış sima olduğumuz üçün münasibətlərimiz insanlara maraqlıdır. Şəxsi münasibətdən heç vaxt danışmamışam və arxasınca qeybət etməmişəm. Heç bundan sonra da danışmayacam. Elşadla 6 ildir boşanmışıq. Bütün münasibətlərimiz də bitib. Sənətlə bağlı ona dəstək olmuşam. Mənim öz, onun öz yolu var. Filmimiz çəkiləndə onu dəvət etmişəm. Elşad da burada havayi çəkilməyib, qonorar alıb. Ondan sonra bir neçə layihədə ona dəstək olmuşam. İndi onunla düşmən deyilik. İnsanlar elə düşünür ki, biz sevgiliyik, ya da bir yerdəyik. Belə deyil. Son 6 ildir bizim aramızda belə münasibət yoxdur”.BAKU.WS
Oxşar xəbərlər
Elşadın döydüyü Oksana üzə çıxdı: "Şəhəri tərk edəsi oldum, hətta..." (VİDEO)
Rəqqasə Oksana Rəsulova reper Elşad Xose tərəfindən döyülməsi xəbərinə ilk dəfə münasibət bildirib.BAKU.WS-in məlumatına görə, rəqqasə ATV maqazininə “İkinci Pə...