Oksana Elşadla barışmağından danışdı (FOTO)
Rəqqasə Oksana Rəsulova keçmiş həyat yoldaşı reper Elşad Xose ilə barışması xəbərlərinə münasibət bildirib.
BAKU.WS məlumat verir ki, rəqqasə Elşadın Instagramda onunla birgə fotolarını paylaşmasını "Barışdılar" kimi təqdim olunmasına etiraz edib:
"Bir neçə gün əvvəl Elşad Xose öz səhifəsində ikimizin şəklini paylaşmışdı. Çox sorğu-suallardan sonra və saytların onun səhifəsindən şəkili götürüb "Barışdılar” yazısı yazması... Cavab verməyə söz tapmıram. Bəzən cavab vermək çox çətin olur. Dil tutulur, ürək danışır. Amma əziz dostlar, əziz jurnalistlər, sizə hörmətim böyükdür. Sadəcə, bəzən insanı daxili ilə buraxmağınız daha yaxşı olar. Düz deyilmi? Biz artıq Elşadla 4 ildir ki, rəsmi ayrılmışıq. Uzaq olsaq da, bir-birimizdən sağlamlığımız, varlığımız, sənətimiz haqqında daim maraqlanırıq. Özünüz necə istəyirsiniz, elə də fikirləşə bilərsiniz. Bir yerdə olsaq və ya olmasaq, küsüb-barışsaq da o, öz işiylə, mən öz işimlə məşğuluq. Elşad mənim üçün doğma və əziz insandır. Hər zaman elə də qalacaq. Təşəkkürlər, hər kəsə həyatında uğurlar diləyirəm. Mövzudan kənar paylaşım etdiyim üçün üzr istəyirəm. Söz-söhbətə aydınlıq gətirmək üçün paylaşdım”.
BAKU.WS
Oxşar xəbərlər
Oksana ilə Elşad Xose yenidən bir araya gəldilər (FOTO)
Tanınmış reper Elşad Xose keçmiş həyat yoldaşı ilə bir araya gəlib. BAKU.WS məlumat verir ki, reper rəqqasə Oksana ilə birgə fotosunu Instagram hesabında payl...