Meyxanaçı Ağamirzə: "Müğənnilər məclisimizə gəlməsə də, pulunu göndərsin…"
Yeniliklərdən dərhal xəbərdar olun
Meyxanaçı Ağamirzə canlı efirdəki çıxışı zamanı bəzi müğənniləri qınayıb.
BAKU.WS xəbər verir ki, "Qonaqcanlı" verilişinə qatılan meyxanaçı müğənnilərin məclislərinə getdiyini, lakin onları dəvət etdikdə gəlmədiklərini bildirib.
Ağamirzə efir vasitəsilə onlara "Gəlmirsiniz, pul göndərin" deyə ismarış da göndərib:
"Müğənnilərin 80 faizi məclisə çağırır. Gedib iştirak edirsən. Lakin sən onu çağıranda belə deyir "Bilirsən filan tarixdə mən rayondayam". Rayondasan, rayondasan da... Pulunu göndər. Bunu təkcə özümə görə demirəm. "Filan yerdəyəm" deyirlər. Neynirəm səni? Paketi göndər!".
Efirdəki qonaqlar isə Ağamirzənin bu fikirlərini dəstəkləyiblər.
Oxşar xəbərlər
17 yaşında ailəsinə qarşı aclıq aksiyası keçirib: "38 kiloqrama düşdüm"
Məşhur aktrisa Demet Evqar gənclik illəri ilə bağlı etiraf edib. BAKU.WS xəbər verir ki, aktrisa qatıldığı televiziya proqramında konservatoriyaya girə bilmək...