Mehriban Xanlarovaya cadu ediblər: "Deyiblər teatrın küncündə qalsın, rol verməsinlər"
Əməkdar artist Mehriban Xanlarova caduya inandığını bildirib.
BAKU.WS xəbər verir ki, o bu barədə qonaq olduğu "Gün Ortası" verilişinə qonaq olarkən bildirib.
İfaçı qeyd edib ki, o cadunun varlığına özü şahid olub:
"Bəlkə də indi camaat baxanda deyəcək ki, bu cahildir. Gör hansı dövrdən qalıb? Amma mən caduya inanıram. Eybi yoxdur. Mənə nə deyirlər desinlər. Lakin mən şəxsən cadunun varlığına inanıram. Eşitmişəm. Biri deyib ki, qoy ölsün, biri də deyib ki, teatrın küncündə qalsın, rol verməsinlər. Yeri gəlsə, o insanların əlindən tutub çörək vermişəm. Kimsə sakit oturanda bu o deməkdir ki, onu vurmaq lazımdır? O qədər vurublar ki, kürəyimdə yer yoxdur".
Ətraflı videoda:
Oxşar xəbərlər
Tünzalə Ağayeva Xorvatiyada "Azərbaycan musiqisi gecəsi"ndə çıxış etdi
Xorvatiyanın paytaxtı Zaqreb şəhərində "Azərbaycan musiqisi gecəsi" təşkil olunub. Vatroslav Lisinski Konsert Kompleksində keçirilən gecədə tanınmış Azərbaycan...