Mehriban Xanlarova: "Rəşad zarafatlarından geri qalmayan, şən insan idi"
"Onun ölməyi hamımızı sarsıtdı. Zarafatlarından geri qalmayan şən insan idi".
Bu sözləri BAKU.WS-ə açıqlamasında Əməkdar artist Mehriban Xanlarova deyib. O gənc həmkarı Rəşad Bəxtiyarovun vəfatına görə dərin kədər hissi keçirdiyini bildirib:
"Bu gün biz ən dəyərli dostu itirdik. O 47 yaşında bu dünyadan köçdü. Ən yaxın dostu və ən yaxşı aktyoru itirmək bizim üçün çox ağırdır.
Biz hazırda Gürcüstanda qastroldayıq. Bura gülə-gülə gəlmişdik. İndi ağlayaraq hüzn içində dönəcəyik. Azərbaycanda olsaydıq dəfnində iştirak edə bilərdik. Bu da bizim üçün ikiqat ağırdır".
Xatırladaq ki, Əməkdar artist Rəşad Bəxtiyarov bir neçə saat əvvəl evində vəfat edib.
Akademik Milli Dram Teatrının aktyoru "Həqiqət işığında" və "Bəyaz həyat" kimi filmlərdə rol alıb.
Oxşar xəbərlər
Əməkdar artist hərbi xidmət keçən oğlunu ziyarət etdi
Əməkdar artist Nicat Kazımov hərbi xidmət keçən oğlu Mirismayılı ziyarət edib. BAKU.WS xəbər verir ki, bu barədə aktyor özü şəxsi instaqram hesabında paylaşım...