Mədətovlar ailəsi dağıldı: Anar boşanmamış evlənir - FOTO
30
apr
2019
15:53
Şou-biznesin məşhur cütlüyü prodüser Anar və Elnurə Mədətovlar ayrılıb. BAKU.WS-in axşam.az-a istinadla verdiyi məlumata görə, bir müddətdir ayrı yaşayan cütlük boşanma ərizəsini də məhkəməyə təqdim edib. Maraqlı məqam isə odur ki, Anar hələ rəsmi boşanma olmamışdan əvvəl evlənməyə hazırlaşır. A.Mədətov uzun müddətdir Samirə adlı xanımla sevgilidir. Prodüser vizajist sevgilisi ilə toy etməyə hazırlaşır. Hətta ötən gün onların xına mərasimi də baş tutub. Elnurə və Anarın ayrılması övladlarını da sarsıdıb. Keçmiş cütlüyün futbolçu oğlu Mahir Mədətov buna görə atası ilə danışmır. O, hətta boşandıqdan sonra atasının soyadından imtina edib, anasının soyadına keçməyi istəyir. Mahir artıq İnstaqramda da soyadını dəyişərək "Mahir Əmrəli" edib.Qeyd edək ki, Elnurə də əvvəl prodüser kimi fəaliyyət göstərirdi. Hazırda isə o, məşhur mağazalardan birinin rəhbəridir. Onların Mahirdən başqa, bir qız övladı da var.
Qalereya
Oxşar xəbərlər
Anardan QALMAQALLI SÖZLƏR: “Bir o qalıb desin ki, şkafda alt tumanı haradadı?” - VİDEO
Tanınmış prodüser Anar Mədətov evləri, avtomobilləri ilə özünü reklam edən müğənniləri kəskin tənqid edib.Yenicag.az-a danışan prodüser qalmaqallı açıqlamalar v...