Mahir Mədətovun atası oğlu ilə aparıcı arasında yayılan xəbərdən danışdı – AÇIQLAMA
17
avq
2017
16:23
Ölkə.az saytında “Qarabağ” futbol klubunun və futbol üzrə milli komandamızın gənc futbolçusu Mahir Mədətovun “CBC Sport” telekanalının aparıcısı Nərmin Cana gül buketi göndərməsi və cazibədar teleaparıcıya qarşı sevgi hissi bəslədiyi barədə məqalə yayımlanıb.Oxu.Az-ın əməkdaşı futbolçunun atası, tanınmış prodüser Anar Mədətovun məsələyə münasibətini öyrənib.“Mahir “CBC Sport” telekanalına İslam Oyunlarından sonra gedib. Hər bir normal insan qonaq dəvət olunduğu verilişə, etiket qaydalarına uyğun olaraq hədiyyə - suvenir və ya gül dəstəsi ilə yollanır. Mahir də bunu ailəsindən öyrənib, o, müşahidə edib ki, valideynləri harasa yollananda hədiyyə ilə gedirlər. Onların arasında sevgi münasibətləri yoxdur. Biz Mahirin ünsiyyətdə olduğu insanları çox yaxşı tanıyırıq. Ümumiyyətlə, Mahir şou-biznes, televiziyadan uzaq qaçan insandır”, - deyə A.Mədətov bildirib.Xatırladaq ki, Mahir Mədətov UEFA Çempionlar Liqasının “play-off” mərhələsinin ilk oyununda Danimarkanın “Kophenagen” komandasının qapısına vurduğu qoldan sonra gündəmə gəlib. Matç “Qarabağ”ın 1-0 üstünlüyü ilə başa çatıb.BAKU.WS
Oxşar xəbərlər
Mahir Mədətov cazibədar teleaparıcıya gül göndərdi (FOTO)
“Qarabağ” futbol klubunun və futbol üzrə milli komandamızın gənc futbolçusu Mahir Mədətov “CBC Sport” telekanalının aparıcısı Nərmin Cana gül buketi göndərib.BA...