İlham Mirzəyev: Çox xoşbəxt aparıcıyam - FOTO

İlham Mirzəyev: Çox xoşbəxt aparıcıyam - FOTO
Şou-biznes 2965
Tanınmış teleaparıcı İlham Mirzəyev həftə sonu özünə təmtəraqlı yubiley edib.BAKU.WS-in məlumatına görə, Mirzəyevin 50 illik yubiley mərasiminə tanınmış incəsənət xadimləri və şou-biznes nümayəndələri ilə yanaşı yaxın dostları, eləcə də ziyalılar qatılıb.Sərxan Kərəmoğlunun idarə etdiyi məclisdə Manaf Ağayev xanımı ilə, Xatirə İslam, Nüşabə Ələskərli, Musa Musayev və Təranə Qumral cütlüyü, Pərviz Bülbülə və Türkan Vəlizadə dueti, Natəvan Həbibi, Elnarə Xəlilova, Kərim Abasov, Mələkxanım Əyyubova, Mətanət Əsədova, Teymur Mustafayev, Nura Suri, Elza Seyidcahan, Ruhəngiz Allahverdiyeva, Səidə Dadaaşova, Gülyaz və Gülyanaq Məmmədova bacıları, Vasif Məhərrəmli, Yusif Mustafayev, Tacir Şahmaroğlu, Xanım İsmayılqızı, Sədaqət Arıf qızı, aktrisalar Kubra Əliyeva, Telli Hüseynova, Hacı Nuran, İlhamə Bədəlova və digər məşhurlar iştirak edib.Dörd ilə yaxındır efirlərdə olmayan İlham Mirzəyev doğum gününü qeyd etməklə dostlarını ələkdən keçirmək istədiyini bildirdi: "Bilmək istəyirdim ki, efirdə olmadığım müddətdə mənə olan münasibət dəyişibmi? Çox xoşbəxt aparıcıyam ki, məni bu qədər sevən dostlarım var. Buna baxmayaraq çağırdığım bütün qonaqlar məclisimə gəldilər. Bu onu göstərir ki, bizim dostluğumuz mənim aparıcılığıma görə qurulmayıb. Onlar təkcə efirə görə mənə qiymət qoymayıblar. Sədaqətimə görə mənimlə dostluq edirlər. Bütün qonaqlar gəldilər. Bircə xalq artisti Brilliant Dadaşova ilə əməkdar artist Mətanət İsgəndərlidən başqa. Brilliant xanım Moskvada olduğu üçün gələ bilmədi. Mətanət xanım isə qızının baldızının nişan mərasiminə gedib”.Zülfiyyə QurbanovaBAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər