Müğənni Nadir dəbdəbəli ad günü keçirtdi, şadlıq sarayında Quran oxutdu - VİDEO

Müğənni Nadir dəbdəbəli ad günü keçirtdi, şadlıq sarayında Quran oxutdu  - VİDEO
Video
Şou-biznes 8300
Müğənni Nadir Bayramlı özünə təmtəraqlı doğum günü keçirdib.BAKU.WS yenicag.az-a istinadən xəbər verir ki, 55 illik yubileyini qeyd edən müğənninin məclisi maraqlı hadisə ilə yadda qalıb. Belə ki, şou aləmində ilk dəfə olaraq, doğum günü tədbirində axund Quran oxuyub. Sənətçi bunu “Hacı” olması ilə izah edib: “Məclisimdə Quran ayələrinin oxunmasını özüm istədim. Bu, bolluq, bərəkət, sağlamlıq anlamına gəlir”. Qeyd edək ki, yubiley gecəsində şou-biznesin tanınmış nümayəndələri Manaf Ağayev, Nüşabə Ələsgərli, Aşıq Əli, Səyyad Əlizadə, Elnur Məmmədov, Elton Hüseynəliyev, xalq artisti Mənsum İbrahimov, Niyaməddin Musayev, əməkdar artistlər Cabir Abdullayev, Ehtiram Hüseynov və digər sənətkarlar iştirak edib. BAKU.WS

Son xəbərlər