Lalənin oğlu, Mehribanın keçmiş həyat yoldaşı azadlığa çıxıb
Yeniliklərdən dərhal xəbərdar olun
Əməkdar artist Mehriban Xanlarova keçmiş həyat yoldaşı, müğənni Lalə Dadaşovanın oğlu Zaurdan danışıb.
BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, aktrisa "Bir gün" verilişində Zaurun həbsxanadan çıxdığını deyib.
O bildirib ki, hazırda münasibətləri yaxşıdır.
Kamera qarşısında Zaura zəng edən M.Xanlarova "Deyirəm düşmən deyilik, inanmırlar. Dedilər, azadlığa çıxıb. Baxıram mənə mesaj da yazmısan" sözlərini söyləyib.
Zaur isə "Nə olsun ayrılmışıq, dostuq. Hər zaman qulluğundayam. İndi də deyirəm ki, Mehriban kimi kişi balası görməmişəm. O, başqa insandır. Mehriban mənim birinci və sonuncu sevgimdir. Amma birləşmək olmaz, bitib" sözlərini əlavə edib.
Qeyd edək ki, Zaur Xalq artisti Brilliant Dadaşovanın bacısı Lalə Dadaşovanın oğludur.
Oxşar xəbərlər
Həyat yoldaşlarının Cennifer Lopezə aldığı MİLYONLUQ ÜZÜKLƏR - SİYAHI
Məşhur müğənni Cennifer Lopezə indiyə qədər taxılan bahalı nişan üzüklərinin qiymətləri açıqlanıb. BAKU.WS xəbər verir ki, onun Ocani Noyla evliliyi zamanı tax...