Kərimi təhqir edən kişilər polis bölməsində belə üzr istədi - VİDEO

04
iyn
2018
17:38
Sosial şəbəkədə təhqirlərə məruz qalan müğənni Kərim Abasov ünvanına təhqir yazan iki nəfəri hüquq mühafizə orqanlarının köməkliyi ilə tapıb və polis bölməsinə gətizdirib.BAKU.WS xəbər verir ki, hər iki şəxs yazılan sözlərə görə, müğənnidən üzr istəyib. Kərim Abasov həmin şəxslərdən birinin 4-cü Polis şöbəsinə 70 yaşlı atası ilə gəldiyini deyir: "Bir bilsəniz, ata öz balasına görə nə qədər üzr istədi. Hansı ki, o Vasifin dostları məni "razborkaya" çağırırdılar. Mən nə "razborşikəm", nə də oğru aləmindən deyiləm, müğənniyəm. Mənim dövlətimin qanunları var. Hər kəs qanun qarşısında cavab verəcək. Bu qədər!" Vasif və Mahir adlı şəxslərin üzr istədiyi görüntüləri izləyin: Zülfiyyə QurbanovaBAKU.WS

Oxşar xəbərlər
Təhqirə məruz qalan Kərim od püskürdü: Kimin kişi, kimin gey olduğunu ona başa salacam
Müğənni Kərim Abasov sosial şəbəkədə təhqirə məruz qalıb.BAKU.WS xəbər verir ki, ifaçı hazırda onu təhqir edən şəxsi axtarır və bu barədə "İnstagram" səhifəsind...