Açıq-saçıq geyinən Könülü söydülər - İşə polis qarışdı

Açıq-saçıq geyinən Könülü söydülər - İşə polis qarışdı
Şou-biznes 5069
Son vaxtlar açıq-saçıq geyimləri ilə gündəm olan tanınmış aparıcı Könül Yusfqızı onu təhqir edən insanlara səslənib.BAKU.WS-in məlumatına görə, Yenicag.az-a açıqlama verən aparıcı belə insanların qanun qarşısında cavab verəcəyini bildirib:“Fotolarımı paylaşıb, müzakirə edirlər. Çox şeylər yazırlar. Bəziləri kompliment edir, bəziləri söyür, bəziləri də irad bildirir. Hamısına gülüb keçirəm. Düşünürəm ki, işi-gücü olan insan bütün günü sosial şəbəkədə oturub onu-bunu söyməz. Mən tənqidə normal yanaşıram, amma təhqirlə tənqid fərqli anlayışlardır. Bir dəfə belə bir xoşagəlməz hadisə ilə rastlaşdım. Tanımadığım bir şəxs mənə qarşı təhqiramiz ifadələr işlətdi. Qanunlarımız yaxşı işləyir. O insanıi polisə verdim, hüquq mühafizə orqanları tərəfindən cəzasını aldı. Gəlib məndən üzr də istədi. Heç kəsə ixtiyar verilməyib ki, kimisə təhqir etsin. Edəcəksə, cavabını qanun qarşısında verəcək”.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər