Mətanət Əsədova: "50 qramlıq dilinə yiyəlik etsin"
"Bir gəncin ömrü orada gedəcək, amma hər kəs 50 qramlıq dilinə yiyəlik etsin".
BAKU.WS-in məlumatına görə, bu sözləri qafqazinfo-ya açıqlamasında müğənni Mətanət Əsədova deyib. Müğənni onu təhqir etdiyi üçün məhkəməyə verdiyi eks-"Nida"çı Elsevər Mürsəllinin həbsi barədə açıqlama verib.
M. Əsədova bildirib ki, bu gündən etibarən hər kəsə qanunla cavab verəcək:
"Mən bu vaxta kimi hər kəslə mülayim rəftar etmişəm. Başımı aşağı salıb sənətimlə məşğul olmuşam. Mən bu yerdə qalan çürük məsələlərə cavab verməmişəm. Amma bu gündən etibarən hər kəs atdığı addımına, danışığına, hərəkətinə fikir versin. Bunu sosial şəbəkələr və efirlərə də şamil edirəm.
Artıq hərəkət edənləri belə cəzalandıracam. Qayda-qanun var, hər kəs öz yerini bilsin. Görsünlər ki, qarşılarındakı nəhəng sənətkar Mətanət Əsədovadır. Heç kimin işinə qarışmıram, təhqir etmirəm. Məni də təhqir etməsinlər. Birinci dəfə şou-biznesdə belə bir şey baş verir, onu da mən etdim".
BAKU.WS
Oxşar xəbərlər
Teymur əmi: “Mətanətlə aramızda heç nə ola bilməzdi”
Xalq artisti Teymur Mustafayevin Mətanət Əsədova ilə "Xəzər” TV-nin efirində yayımlanan "5/5” verilişinin canlı buraxılışında etdiyi zarafatlar birmənalı qarşıl...