Kamil Zeynallının ATV-dən gedəcəyi xəbəri yayıldı

Kamil Zeynallının ATV-dən gedəcəyi xəbəri yayıldı
Şou-biznes 1941

İdmançı Kamil Zeynallının aparıcılıq etdiyi "Kişi klubu” verilişindən uzaqlaşdırıldığı iddia edilir. 

"Qafqazinfo” nun məlumatına görə, bildirilir ki, Kamilin son qalmaqallarından sonra belə bir addım atılıb.

Onun bir neçə gün bundan əvvəl vəzifəsinə xitam verildiyi qeyd olunur.

"Qafqazinfo” məsələ ilə bağlı layihənin müəllifi Bəhruz Əliyevlə əlaqə saxlayıb.

O bildirib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir:

"Bu məlumat doğru deyil. Düşünürəm ki, veriliş üçün ən uğurlu aparıcı məhz Kamil Zeynallıdır. Onun yerinə başqası gətirilməyəcək”.

BAKU.WS

Son xəbərlər