Müğənninin əri Kamilə görə təhqirə keçdi: "Murdarlaşmısınız" (VİDEO)

Müğənninin əri Kamilə görə təhqirə keçdi: Murdarlaşmısınız (VİDEO)
Video
Şou-biznes 38236

Müğənni Zenfira İbrahimovanın əri Anar Heydərov bir müddət əvvəl jurnalistləri təhqir etdiyi üçün polisə çağırılan idmançı Kamil Zeynallının müdafiəsinə qalxıb.

BAKU.WS xəbər verir ki, Heydərov idmançının və ailə üzvlərinin ünvanına nalayiq sözlər yazanlara müraciət edərək bu işdən çəkinmələrini tələb edib.

"O qədər murdarlaşmısınız ki, onun qızına belə söyürsünüz. Bilirən duxunuz çatmır üzünə deməyə. Ancaq kompüterin arxasında şir kimi danışmağı bilirsiniz. Kamil Zeynallı heç kimə qarşı pis olmayıb, Azərbaycanın da düşməni deyil".

Qeyd edək ki, idmançı bir neçə gün bundan əvvəl Spece TV-də "Toy olmayacaq verilişinin aparıcısı Şəbnəm Həsənovanı onu tənqid etdiyi üçün təhqir edib. Daha sonra jurnalist Əfruzə Ağayeva da həmin aparıcıdan müsahibə aldığı üçün kamil Zeynallının təhqir hədəfi olub.

Aynur Ələkbərova

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər