İtaliyada olan Taleh Yüzbəyov: "Pulumuzu yığdıq, yığdıq ki, Milanda "bomj" kimi gəzək"
Aktyor Taleh Yüzbəyov bir neçə gündür İtaliyaya səyahət edib.
BAKU.WS xəbər verir ki, o əvvəl paytaxt Romanı, daha sonra isə Florensiyanı gəzib.
Aktyor səyahətə yaxınları ilə birlikdə yollanıb. Bu barədə sosial şəbəkə hesabında video və fotolar yayımlayan Yüzbəyov hazırda ölkənin turistik şəhərlərindən olan Milanda olduğunu qeyd edib.
Yüzbəyov orada da yumoristik ifadələrindən qalmayıb.
Milanın mərkəzi hissəsindən video yayımlayan aktyor bura gəlmək üçün illərdir çoxlu pul yığdığını deyib:
"Biz bilirdik nə vaxtsa Milana gələcəyik. Ona görə qarşımıza məqsəd qoyduq. Pulumuzu yığdıq, yığdıq ki, gəlib Milanda bomj kimi gəzək".
Qalereya
Ətraflı videoda:
Oxşar xəbərlər
Aygün Kazımova ilə Murad Arif Bakıda möhtəşəm festivalda çıxış edəcəklər
Xalq artisti Aygün Kazımova ilə HITMAKER Murad Arif ölkənin ən böyük gözəllik festivalı "OliFest"də səhnəyə çıxacaq. BAKU.WS xəbər verir ki, festivalın ulduz q...