İntihara cəhd edən Bahar Candan: "Bacımın yanına getmək istəyirəm"
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial media fenomeni Bahar Candan intihara təşəbbüs edib.
BAKU.WS xəbər verir ki, o anası Umut Candana "Bacımın yanına getmək istəyirəm" deyə mesaj göndərib.
Daha sonra bir qutu dərman içərək intihara cəhd edib.
Umut Candan təcili yardıma xəbər verdikdən sonra Baharı evində huşsuz vəziyyətdə tapıblar.
O dərhal Şişli Etfal xəstəxanasına yerləşdirlib. Mədəsi yuyulduqdan sonra özünə gəlib.
Bu barədə saytlardan birinə açıqlama verən Bahar "İnsanlar çox qəddardırlar. Bu qəddarlığa dözə bilmirəm. Bu qəddarlıq və vəhşilik bacımı öldürdü. İndi məni öldürməyə çalışırlar. Kaş ki, məni xilas etməsəydilər", - deyə bildirib.
Qeyd edək ki, Baharın bacısı Nihal Candan ötən ilinin iyununda anoreksiyadan vəfat edib.
Oxşar xəbərlər
2026-cı ilin ən gözəl qızı seçildi
"Miss Universe 2026" (Kainat gözəli 2026) beynəlxalq gözəllik müsabiqəsinin qalibi olub. BAKU.WS "Business Insider"a istinadən xəbər verir ki, bu puerto-rikolu...