"Havalanıram..." - həyat yoldaşının ölümü ilə barışa bilməyən Gülbahar
07
yan
2019
15:38
Əməkdar artist Gülbahar Şükürlü dünyasını dəyişən həyat yoldaşı Zahiddən yazıb. BAKU.WS-in məlumatına görə, birlikdə fotosunu paylaşan sənətçi bunları qeyd edib:"Zahid başımın tacı. Hamı mənə deyir ki, sən çox güclüsən, dözümlü ol. Bacarmıram. Sən mənim yanımda olanda güclü idim. Gözüm səni axtarır, səsin qulağımdan getmir. Sən niyə belə vəfasız oldun? Sənin yoxluğun bizi elə yandırır ki, ay Zahid. Hamı sənə görə mənə başsağlığı verəndə çaşıb qalıram, havalanıram, söz tapmıram. Əzizim, dünyamın işığı, həyatda ən gözəl günlərimin səbəbkarı, gözümün nuru, övladlarımın qayğıkeş atası, nəvələrimin sevimli babası, Allah sənə rəhmət eləsin. Ruhun şad olsun, rahat yat, yatdığın yerdən inciməyəsən. Yerin cənnətlik olsun, ay gözəl insan, saf ürəyinə qurban olaram. Zahid, sən məndən uzaqlaşsan da, bil ki, mən sənə yaxınlaşıram, ay başımın tacı".Xatırladaq ki, Əməkdar artist Gülbahar Şükürlünün həyat yoldaşı ötən il dekabrın 21-də dünyasını dəyişib. Mərhumun 61 yaşı var idi. BAKU.WS
Oxşar xəbərlər
"Məni yetim qoydun" - Gülbahar ölən əri haqda
Əməkdar artist Gülbahar Şükürlü bir neçə gün əvvəl dünyasını dəyişən həyat yoldaşından yazıb. BAKU.WS-in məlumatına görə, mərhumla fotosunu yayımlayan qarmon if...