Hamının istedadlı və gülərüz kimi tanıdığı "Ata ocağı"nun "Rəşid"inin HƏYAT HEKAYƏSİ

Hamının istedadlı və gülərüz kimi tanıdığı Ata ocağınun Rəşidinin HƏYAT HEKAYƏSİ
Foto
Şou-biznes 317

Bu gün Əməkdar artist Rəşad Bəxtiyarov dünyasını dəyişib. 47 yaşlı aktyorun vəfatı adi vətəndaşlarla yanaşı sənət camiəsini də yasa boğub.

BAKU.WS xəbər verir ki, istedadlı və gülərüz aktyor 1978-ci ildə Bakıda doğulub.

Hamının istedadlı və gülərüz kimi tanıdığı
2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib.

Tələbəlik illərində Milli Teatrın tamaşalarının kütləvi səhnələrində sözsüz rollar ifa edib. 2001-ci ildən teatrın truppasında fəaliyyət göstərib.

Hamının istedadlı və gülərüz kimi tanıdığı

O bu günə qədər bir çox tamaşalarda müxtəlif rollar ifa edib:

Şəmsi bəy ("Eşq və intiqam" S. S. Axundov), Müxbir ("Kəllə" N. Hikmət), Qəzet satan ("Hərənin öz payı" X. Qoca), Kinto, Qarson və Rəssam ("Brüsseldən məktublar" H. Həsənov), Silvestr ("Skapenin kələkləri"J. Molyer), Bədxəbər ("Varlı qadın " Ə. Əmirli), Orxan ("Afət" H. Cavid), Ərəb zabiti ("Dar ağacı" B. Vahabzadə), Milis ("Ölüləri qəbiristanlıqda basdırın" İ. Şıxlı), Baloğlan ("Eloğlu" A. Şaiq), 1-ci gənc ("Mesenat" Ə. Əmirli), Abdi ("Qanlı Nigar" S. Şəndil), Andrey ("Keçmişdən gələn zəng", A. Krım), şeypurçu əsgər ("Generalın son əmri", Vaqif Səmədoğlu), Xlopov ("Müfəttiş", Nikolay Qoqol), Toğrul ("Yaşar", Cəfər Cabbarlı) və digərləri...

Hamının istedadlı və gülərüz kimi tanıdığı

Rəşad Bəxtiyarovun filmoqrafiyasında bir neçə ekran işi də yer alıb. O müxtəlif serial və filmlərdə çəkilib. Bunlar

"Bəyaz həyat" (2003), "Bir anın həqiqəti" (2003), "Son arzu" (2003), "Məşədi İbad-94" (2005), "Qardaşımdan yaxşısı yox idi" (2010), Mürafiə vəkillərinin hekayəti (2011) kimi ekran işləridir.

Hamının istedadlı və gülərüz kimi tanıdığı

Rəşad Bəxtiyarov "Bir ailəm var" (2013), "2 ömür" (2016-2017) kimi seriallarda da rol aıb.

Onun ən çox bölümlərində çəkildiyi isə "Ata ocağı" serialı olub. Layihə 2017-ci ildə ekranlara gəlib.

Rəşad orada "Rəşid" rolunda olub. Aktyor serialın əsas rollarından biri həvalə edilib.

Hamının istedadlı və gülərüz kimi tanıdığı

Əməkdar artist 10 may 2019-cu il, 7 may 2020-ci il, 7 may 2021-ci il və 8 may 2025-ci il tarixlərində Prezident Mükafatına layiq görülüb.

Hamının istedadlı və gülərüz kimi tanıdığı

Rəşad Bəxtiyarov bu gün yaşadığı evində onkoloji xəstəlikdən vəfat edib. Bu ilin martında Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı mətbuata açıqlamasında aktyorun səhhətində ciddi problem olduğunu qeyd edib.

Aktyor 2018-ci ildə ailə qurub. Onun iki qızı bir oğlu var.

Hamının istedadlı və gülərüz kimi tanıdığı

İkinci qız övladı 2020-ci ildə dünyaya gəlib.

Hamının istedadlı və gülərüz kimi tanıdığı

Son xəbərlər