Günün ulduz falı: ehtiraslı anlarla dolu gündür

Günün ulduz falı: ehtiraslı anlarla dolu gündür
Şou-biznes 1606
 

BAKU.WS bu günün ulduz falını təqdim edir:

Qoç - Gün çoxsaylı əlaqələr, görüş, zənglər vəd edir. Bütün bunlar sizi yoraraq tənhalıq, sakitlik aramağa vadar edə bilər. Vacib saydığınız işlərlə məşğul olun, faydalı hesab etdiyiniz layihəni başa vurmağa çalışın. Səhhətinizə fikir verin, düzgün qidalanın, təmiz havada çox olun. Yaşamın keyfiyyətinə fikir verin. Buğa - Çoxdan can atdığınız nəticənin konkret və hətta formal şəkildə əldə olunması üçün əlverişli gündür. İşdə gərginliyin azalacağını düşünməyin. Şəxsi həyatda münasibətlər bir qədər gəriləcək, amma ciddi təlaş üçün heç bir əsas yoxdur. Daha ciddi və vacib, bundan sonrakı yaşamınızda müəyyən mənada önəm daşıyacaq əməli reallaşdırmaq üçün imkan yaranıb. Əkizlər - İmkanlarınızdan xaricə çıxın, məqsədə çatın. Hüquqi məsələləri həll etmək, danışıqlar aparmaq, toplantı keçirmək olar. Maraq dairənizdə olan işləri axşam saatlarında da davam etdirə bilərsiniz. Xərçəng - İş yerindəki fəaliyyətdə qayda yaradılması əhvalınıza müsbət təsir edə bilər. Şəxsi həyatda sizdən səmimilik tələb edəcəklər. Yaxın bildiyiniz insanı dinləyin, ona məsləhət verin, qayğısına qalın. Siz də maraqlandığınız, narahatlığınıza səbəb olan suallara cavab ala bilər, çətin məqamı aydınlaşdıra bilərsiniz. Şir - Bu gün aktiv olun, yaşamın tempindən geri qalmayın. Yeni işlərə başlayın, sizi maraqlandıran ideya və layihələri həyata keçirməyə çalışın. İşə laqeyd, səthi münasibət yolverilməzdir. Saturn və Merkuri bu gün sizdən diqqətli olmağı tələb edir. Qız - Yaradıcı yanaşmanın punktuallıq və səbrlə müşayiət olunması gərəkən işlərdə uğur əldə edə bilərsiniz. Çətin işi həll etməyə başlayın. Mürəkkəb, az adamın bacardığı işi görsəniz, effekt də əhəmiyyətli olar. Tərəzi - Ünsiyyət dairəsini məhdudlaşdırmayın, görüşə dəvətə mənfi cavab verməyin, danışıqlar aparın. Vədlərinizi və bilavasitə öhdəliklərinizi unutmayın. İşi tərəfdaş və həmkarlarınızla birlikdə görün, axşam saatlarını da dostlarla keçirin. İmic, səhhətə qulluq, treninqlərdə iştirak üçün sərfəli gündür. Əqrəb - Bu gün yağlı yeməyin, bir qədər pəhriz saxlayın. Qız bürcü, Ay və Marsın münasibətləri sağlam həyat tərzi, fiziki iş, piyada gəzinti tələb edir. Xroniki xəstəlik özünu büruzə verərsə, mütləq həkimə müraciət edin.Şəxsi həyatda sözlər, komplimentlər və ya hədiyyədən daha çox, qayğıya, diqqətə üstünlük verin. Ehtiraslı anlarla dolu gündür. Oxatan - Ailədə, evdə qayda yaratmaq üçün vaxt tapın. İndi istənilən sakit, rəvan, "təmizləyici" iş sizə daxili stabillik hissi ilə güc verə bilər. Hisslərinizdə batini sakitlik, qarşılıqlı anlaşma və stabilliyə can atın. Oğlaq - Bu gün hər şey əvvəlki məcrada olacaq. Heç bir ciddi dəyişikliyə ehtiyac yoxdur. Sadəcə, işlərə önəmli təsir edən təfərrüatlar və nüansları nəzarətdə saxlayın. İnformasiya axtarışına daha çox diqqət və vaxt ayırın. Dolça -  Gün sakit başlayacaq. Tələsməyin, cari məsələlərlə təmkinlə məşğul olun. Fəaliyyətinizə əlavə edə biləcəyiniz məqamlar barədə düşünmək zamanıdır. Təkliflər, xəbər və xidmət mübadiləsi gələcəklə bağlı yeni perspektivlər yarada bilər. Tərəfdaş, layihələrinizi genişləndirmək üçün şərik tapa biləcəyiniz məclisdə, toplantıda və ya görüş yerində olun.   Balıqlar - Bu gün evdə və işdə qayda yaradın. Çoxsalyı kiçik işlər həllini gözləyir. Gələn informasiyaları yerbəyer edin, ehtiyac yaranarsa, təmirə əl atın. Alış-verişdə çox pul xərcləməyin. Aldığınız nəsnə sizdə məmnunluq hissi yaratmayacaq. Ola bilər ki, nöqsan və ya nasazlıq tapasınız. Ya da o əşyanı baha qiymətə almağınız mümkündür.   BAKU.WS

Son xəbərlər