Ən böyük səhvindən danışan Ayan: "Dərs çıxardım, ağıllandım!"
"Mədəni Şou" verilişinə qonaq olan müğənni Ayan Babakişiyeva bəzi səmimi açıqlamalar edib.
BAKU.WS xəbər verir ki, ifaçı proqram zamanı ən böyük səhvindən danışıb.
Ayan bildirib ki, ona zərər verən insanların böyük əksəriyyətini artıq həyatından çıxarıb.
Sənətçi açıqlamaları zamanı "Səhvlərimdən dərs çıxardım. Ağıllandım!" ifadəsini səsləndirib:
"Öz səhvlərimdən dərs çıxarmışam. Ən böyük səhvim mənə zərər verən insanların yanında qalmağım idi. Düşündüm ki, onların yanında qalmayım və düz addım atım. Demək olar ki, həyatımdaki o çevrədən artıq 10 faiz adam qalıb, uzaqlaşdım. Səhvlərimdən dərs çıxardım. Ağıllandım! Mənə belə daha rahatdır".
Ətraflı videoda:
Oxşar xəbərlər
Aktyor Səmimi Fərhad: "Maşın yumuşam, təkər qaraltmışam, küçədə "bakkuş" satmışam"
"Pərvanələrin rəqsi" filmində Şahmar obrazı ilə tanınan aktyor Səmimi Fərhad uşaqlıq illərində yaşadığı çətinliklərdən danışıb. BAKU.WS xəbər verir ki, aktyor b...