Elşad Xose Hüseyn Dərya ilə əlbəyaxa davasından danışdı: “Çox biabırçı an idi” – VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
ARB TV-nin “Onun Sirri” verilişinin növbəti qonağı reper Elşad Xose olub.
Məşhur reper mərhum həmkarı Hüseyn Dərya ilə illər öncə olan əlbəyaxa davasından danışıb:
“İkimizin də pik vaxtları idi. Bizim etdiyimiz rəqabət ara-sıra xoşagəlməz anlara gətirib çıxarırdı. Hüseynlə sülhpərəst mövqelərdən çıxış edirdik, amma bir dəfə elə oldu ki, əlbəyaxa davaya çıxdıq. Ondan bir neçə gün öncə efirlərin birində mənə söz atmışdı.
Mən də onu gördüyüm an bu haqda soruşmağı düşünürdüm. Yay vaxtı idi. Şəhərdə üz-üzə gəldik. Bulvarda insanların içərisində ani davamız oldu. Orada gəzintiyə çıxan insanlar bizi araladılar. Sonradan bu hadisəni xatırlayanda bilmirdim gülüm, ya heyfslənim. Çox biabırçı an idi”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...