Elgiz Əkbər: "TikTok-da bir dəqiqəyə 100 manat qazanıram"
Yeniliklərdən dərhal xəbərdar olun
"Bir tanınmış şəxsin TikTok hesabında canlıya baxdım, gördüm ki, 2 nəfərdən biri onu söyür. Dedim ki, sən burada özünün söydürməyə oturmusan? Elə qorxdum. Dedi ki, sənin də hesabın var niyə canlı açmırsan? Cavab verdim ki, bunu görəndən sonra edərəm?"
BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, bu sözləri Elgiz Əkbər aparıcısı olduğu "Elgizlə izlə verilişində deyib. O, TikTok-dan dəqiqədə 100 manat qazanc əldə etdiyini açıqlayıb:
"Bir müddət keçdi Afaq Bəşirqızı (Xaql artisti - red.) ilə layihəmiz oldu. TikTok, instaqram, yutub üzərindən canlı çıxmalı idik. Bunu da ilk dəfə biz etmişik. Sonra hamı etdi, eləsinlər, mən paxıl adam deyiləm. Amma biz zövq aldıq. Ondan sonra ayda 2 dəfə də olsa canlı açıram. Mənə o qədər hədiyyə atırlar. Özüm utandım. Deyirəm ki, mən hədiyyə istəmirəm, sadəcə danışmaq üçün bunu edirəm. 4 dəqiqə canlıda oldum 400 manat pul hesabıma gəldi. Dəqiqəm orada 100 manatdır. Gör, orada 1 saat olsam nə olar. Səbrim çatmır. Gərək ona gün ayırım, iş olmasın".
Oxşar xəbərlər
20 illik həyat yoldaşını ona yaraşdırmayanlara cavab verdi: "Vecimə deyil!"
"Aşk Tesadüfleri Sever" filminin aktyoru Mehmet Günsür, həyat yoldaşı Katerina Mongionu ona yaraşdırmayanlara cavab verib. BAKU.WS xəbər verir ki, tədbirlərdən...