Elgiz Əkbər: "Lətifə Soyuözün nənəsi ac və pulu olmayan tələbələrə yemək verirdi"

Elgiz Əkbər: Lətifə Soyuözün nənəsi ac və pulu olmayan tələbələrə yemək verirdi
Video
Şou-biznes 279

Aparıcı Elgiz Əkbər müğənni Lətifə Soyuözün iş xanımı olan nənəsindən danışıb.

BAKU.WS xəbər verir ki, o aparıcısı olduğu verilişdə Lətifənin nənəsi, Lətifə xanımın restoranında ac tələbələri yeməklə təmin etdiyini açıqlayıb:

"Lətifə xanımın nənəsinin adı da Lətifə idi. Azərbaycanda ilk satış kafe onun nənəsinin olub. Tələbə vaxtı Sofiya Bəsirzadə bibimgillə qonşu idi. İncəsənətə marağım var idi. Sofiya xanım bir gün məni yeməyə dəvət etdi, dedi, gəl filan yerə. Gəldim, məlum oldu ki, Lətifə xanım süfrə açıb. Oturub söhbət etdik. O vaxt çətin idi: aclıq, tələbələrin dərsdə yemədikləri üçün ürəyi belə gedirdi. Lətifə xanım dedi ki, neçə tələbə gəlib pulsuz yemək götürüb, sonra ödəmək istəyib. Bir araşdırma et, qrupda ac, kasıb tələbələri yığ bura gətir, onları yedizdirim. Ac, pulu olmayan, oxumaq istəyən tələbələri gətirirdim, nənəsi Lətifə xanım onları yedizdirirdi. Lətifə həmin qadının nəvəsidir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Fatimə Fətəliyeva: "Hər şey öz vaxtında bir nemət imiş"

Fatimə Fətəliyeva: "Hər şey öz vaxtında bir nemət imiş"

Rəqqasə Fatimə Fətəliyeva sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edib. BAKU.WS xəbər verir ki, o, həyatın dəyəri və insanın sahib olduqlarını zamanında qi...

120 Şou-biznes 23:30 06 may 2026

Son xəbərlər