Dünyanın ən gözəl qadını seçildi (FOTO, VİDEO)
Ötən gün dünyanın ən gözəl qadını seçilib.
BAKU.WS-in məlumatına görə, "Miss World 2015" yarışmasının qalibi İspaniyanı təmsil edən Mireya Lalaquna Royo olub. Çinin cənubundakı Sanya adasında dünən axşam təşkil edilən gözəllik yarışmasına yekun vurulub.
114 gözəlin ölkəsini təmsil etdiyi yarışmada ikinciliyi Rusiyanı təmsil edən Sofiya Nikitçuk (22), üçüncülüyü İndoneziyanı təmsil edən Mariya Harfanti (23) qazanıb. Barselonadan qatılan 23 yaşındakı professional model Mireya Lalaquna "Miss World"un ilk ispan qalibi olub.
Əczaçılıq məzunu olan Mariya 1,77 boyundadır. O, ispan, katalan, ingilis və fransız dillərini bilir. "Miss World 2002" gözəli olan Azra Akın isə yarışmada münsif olub.
BAKU.WS
Oxşar xəbərlər
Türkiyə gözəli geyimi ilə dünyanı özünə heyran etdi (FOTO)
ABŞ-ın Las Veqas şəhərində, "Planet Hollywood Resort & Casino" hotelində təşkil olunan "Miss Universe" gözəllik yarışmasında Türkiyəni təmsil edən Aslı Melisa u...