Türkiyə gözəli geyimi ilə dünyanı özünə heyran etdi (FOTO)
ABŞ-ın Las Veqas şəhərində, "Planet Hollywood Resort & Casino" hotelində təşkil olunan "Miss Universe" gözəllik yarışmasında Türkiyəni təmsil edən Aslı Melisa uzun libası ilə dünya mediyasını heyran edib.
BAKU.WS məlumat verir ki, yarışmanın əvvəlində gözəllər ölkələrinin milli mədəniyyətlərinin əks olunduğu kostyumlarla podiumda səhnə alıb. Yarışmada Türkiyəni təmsil edən Aslı Melisanın geyimi daha çox diqqət çəkib. Efes antik şəhəri əks olunan geyim gecənin ən çox bəyənilən geyimi olub.
Qeyd edək ki, 1996-cı ildə Ankarada doğulan Aslı Melisa Almaniyada Köln Universitetində Hüquq Fakültəsinin birinci kurs tələbəsidir. "Miss Turkey" gözəli seçilən Aslı Melisanın boyu 1.75-dir.
BAKU.WS
Oxşar xəbərlər
Rus gözəlləri “MİSS BİKİNİ” yarışmasında (VİDEO)
Rusiyanın Omsk vilayətində təşkil olunan "MİSS BİKİNİ” yarışmasında nəfəs kəsən anlar qeydə alınıb. BAKU.WS-in məlumatına görə, yarışmada 20-30 yaş arası qızla...