Dünya gözəli Azərbaycan şəhidlərindən yazdı (FOTO)
Alban əslli model və aktrisa Almeda Abazi Türkiyə və Azərbaycandan gələn şəhid xəbərlərinə reaksiya göstərib.
BAKU.WS-in məlumatına görə, "Survivor" yarışmasının iştirakçısı olmuş gözəl model sosial şəbəkədən Türkiyədəki terror hadisələrinə və Azərbaycan-Ermənistan cəbhəsindəki atışmalara münasibət bildirib.
"Türk vətəndaşı deyiləm, ancaq acınız acımızdır" deyə yazan model öz rəsmi səhifəsində bu sözləri qeyd edib: "Azərbaycan-Türkiyəm. Xəbərlərə baxa bilmirəm, içim sızlayır. Hələ bu şəhid olanın bacısının "bəlkə nəfəs alır" deməsinə çox ağladım. Allahım sən bizləri qoru nə olar".
Qeyd edək ki, Almeda Abazi 13 fevral 1992-ci ildə Albaniyada doğulub. O, qatıldığı 3 gözəllik yarışmasında da kraliça seçilərək "Miss Tiran", "Miss Albania" və 2008-ci ildə "Miss Globe Kainat Gözəli" mükafatlarını qazanıb.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Milyonlar qazanan dünyanın ən seksi modelləri (FOTO)
Bu il ərzində ən çox qazanan modellərin kimliyi məlum olub. BAKU.WS ən çox qazanan modellərin siyahısını təqdim edir: Hollandiyalı gözəl model, 30 yaşlı Doutz...