Azərbaycanın xüsusi təyinatlı qadını gözəllik yarışında (FOTO)
Azərbaycan ordusunun xüsusi təyinatlı dəstəsində xidmət edən Tehranə Bəhruzi "Mrs. Top of the World-2015” beynəlxalq gözəllik müsabiqəsində iştirak edəcək. BAKU.WS xəbər verir ki, bu barədə oxu.az-a "Miss & Mister Azerbaijan” gözəllik müsabiqəsinin mətbuat xidmətindən məlumat verilib. Məlumata əsasən, müsabiqə noyabr ayının 13-dən 18-ə qədər Antalyada keçiriləcək. "Mrs. Top of the World-2015” müsabiqəsi "IntRIGA World” fondu tərəfindən təsis edilib və xeyriyyə xarakteri daşıyır. Müsabiqədə 26 yaşdan 46 yaşa qədər olan qadın və qızlar iştirak edə bilər - subay, evli, uşağı olan və ya olmayan. Müsabiqənin proqramına müxtəlif mədəni tədbirlər, fotosessiyalar və mətbuatla görüş daxildir. Yarışın finalında 5 qalib müəyyən edilir, və onlar aşağıdakı adlarla ilə yanaşı sponsorlardan müxtəlif bahalı hədiyyələr alırlar: Mrs. Top of the World I Vice Mrs. Top of the World II Vice Mrs. Top of the World III Vice Mrs. Top of the World Həmçinin əlavə Mrs. Top of the World / Audience Favourite titulu da təsis edilib. Bu ada və tacı tamaşaçıların rəğbətini qazanan iştirakçı layiq görülür. Tehranə Bəhruzi 1986-cı ildə sentyabr ayının 7-də Rusiyanın Xabarovsk bölgəsində anadan olub. Hal-hazırda Bakıda yaşayır, Azərbaycan vətəndaşıdır. Azərbaycan ordusunun xüsusi təyinatlı dəstəsində xidmət edib. Hərbi karyerasını davam etdirmək və Azərbaycanı layiqincə beynəlxalq müsabiqədə təmsil etmək niyyətindədir. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Dünyanın ən balaca boy adamı öldü
Dünyanın ən balacaboy adamı Çandra Bahadur Danqi ağır xəstəlikdən sonra vəfat edib. BAKU.WS-in məlumatına görə, 76 yaşlı nepallı pnevmoniyadan əziyyət çəkirdi...