Cümə gününə ulduzlar nə vəd edir? 23.03.2018
23
mar
2018
09:20
Gündəlik bürclər haqqında məlumat əldə etmək istəyirsizsə BAKU.WS-in təqdim etdiyi "Ulduz Falı" rubrikasını nəzərdən qaçırmayın:Qoç- Ünsiyyətdə olduğunuz bütün insanlarla davranışlarınızı səmimilik üzərində qurun. Yaxın günlərdə maddi problemlərinizin aradan qalxacağına nikbin yanaşın. İnsanlara inamla baxın. Buğa - Səhər saatlarında müəyyən gərginliklə rastlaşsanız da, bunun neqativ nəticələri görünməyəcək. Təxminən saat 12-dən vəziyyətiniz düzələcək. Amma sağlamlığınızı da gözdən qoymayın. Əkizlər - İşlə bağlı müəyyən mübahisələriniz gözlənilsə də, bu, nəzərdə tutduğunuz planların reallaşmasına mane olmayacaq. Bu gün ailə-sevgi münasibətlərindəki passivliyi mütləq aradan qaldırın.Xərçəng - Etibar etdiyiniz bəzi şəxslər tərəfindən aldadıla bilərsiniz, ələlxüsus da yaxın ətrafınız tərəfindən. Belə məqamlarda soyuqqanlılıq nümayiş etdirməyiniz vacibdir. Bu gün qazanmaq ehtimalınız da var.Şir - Daha bir səmərəli gün yaşayacaqsınız. Astroloji göstəricilər hər hansı qanqaraçılığın mümkünlüyünü təkzib edir. Qərarlarınızda qəti olsanız, bəxtiniz də gətirəcək.Qız - Olduqca təzadlı gündür. Ünsiyyətdə olduğunuz adamlar sizi çaşdıra bilər. Gələcək perspektivlərinizi reallaşdırmaq üçün müzakirələrə başlayın. Ulduzlar sizi müdafiə etməkdədir.Tərəzi - Xoş təsadüflərlə zəngin bir gün yaşayacaqsınız, hətta ola bilsin ki, çoxdan görmədiyiniz insanlarla da rastlaşasınız. Saat 15-18 aralığında isə maraqlı təkliflər alacağınız gözlənilir.Əqrəb - Pulsuzluğu özünüzə dərd hesab etməyin. Əsası odur ki, tənha qalmayasınız. Bu, bürcünüz üçün ən dözülməzidir. Yaxşısı budur, gücünüzü yarımçıq qalmış işlərin həllinə yönəldəsiniz.Oxatan - Bahar nəfəsinin duyulduğu bu ərəfədə mənəvi rahatlıq tapmaq sizin üçün o qədər də çətin olmayacaq. Üstəlik, ətrafınızda olan insanların sizə münasibətində müsbət amillər, hətta sürprizlər də mümkündür.Oğlaq - Paralel olaraq bir neçə işlə məşğul olmaq, həlledici məsələlərdə qətiyyət göstərmək bu gün üzərinizə düşən başlıca vəzifədir. Bir sözlə, bu gün istirahət və ya passiv olmaq barədə düşünməməlisiniz.Dolça - İxtiyarınızda olan bu gündə pul məsələləri ilə bağlı hər hansı mübahisəyə getməyə dəyməz. Yaxşısı budur, səbrli olub uğurlu məqamınızı gözləyəsiniz. Problemlərdə vasitəcilərdən istifadə edin.Balıqlar - Maraqlı hadisələrlə rastlaşacağınız gözlənilir. Hətta könülaçan məclislərdə iştirak edə bilərsiniz. Yeni iş üslubuna keçmək barədə isə düşünməyin. Öz səhvlərinizə özünüz cavabdeh olmalısınız.Rəşad ƏliyevBAKU.WS
Oxşar xəbərlər
Bazar ertəsi gününə ulduzlar nə vəd edir?
Gündəlik bürclər haqqında məlumat əldə etmək istəyirsizsə BAKU.WS-in təqdim etdiyi "Ulduz Falı" rubrikasını nəzərdən qaçırmayın: Qoç - Aktiv gündür. Nəzərdə tut...