Bazar gününə ulduzlar nə vəd edir? 11.03.2018
11
mar
2018
09:04
Gündəlik bürclər haqqında məlumat əldə etmək istəyirsizsə BAKU.WS-in təqdim etdiyi "Ulduz Falı" rubrikasını nəzərdən qaçırmayın:Qoç:Əsas planlarınızı iş vaxtına təyin edin. Çünki axşam saat 18-dən sonra sinirlərinizin gərilməsi işlərinizə mane olacaq. Nahar ərəfəsində gözləmədiyiniz istiqamətdən sevinə bilərsiniz.Buğa:Riskli hadisələrlə üzləşmə ehtimalınız var. Nəticənin sizə xeyir verməsini istəyirsinizsə, təcrübəli adamlarla məsləhətləşin. Əmin olun ki, onlar sizə lazımi dəstəyi verəcək.Əkizlər:Bu gün iştirakçısı olduğunuz əksər proseslər sizə xeyir verəcək. Mövcud reallığa obyektiv qiymət verin. Kənar təsirlərə uymayın. Qətiyyən görücü və ya falçı yanına da getməyin.Xərçəng:Maddi durumunuzu yaxşılaşdırmaq üçün şansınız var. Bunun üçün maksimum bəhrələnməyə çalışın. Əvvəlcədən nəzərdə tutmadığınız məsələlərə baş qoşmayın. Sevgidə uğurlarınız gözlənilir.Şir:Şəxsi işlərinizdə əsaslı dönüş yaratmaq istəyirsinizsə, çoxdan bəri nəzərdə tutduğunuz şəxslərlə görüşləri reallaşdırın. Digər işləri təxirə salmaq da olar. Riskdən qorxmayın.Qız:Ulduzların düzümü yalnız maliyyə məsələlərində müəyyən uğurlara yiyələnəcəyinizdən xəbər verir. Digər işlərdə isə gərginlik hökm sürəcək. Səhhətinizə xüsusi diqqət ayırın.Tərəzi:İş və fəaliyyətlə bağlı yeniliklər yolunuzu gözləyir. Bunun üçün bəzi mühüm şəxslərlə görüşməyiniz vacibdir. Çətinlikdən qorxmayın. Ən azı ona görə ki, artıq öz dövranınız yetişməkdədir.Əqrəb:Təxminən saat 14-ə qədər passiv ərəfə yaşayacaqsınız. Həmkar və rəhbərinizlə mübahisələrə cəlb oluna bilərsiniz. Sonrakı müddətdə isə hər şey normal tərzdə cərəyan edəcək.Oxatan:Sevindirici hadisələr, təzə xəbərlər yolunuzu gözləyir. Ola bilsin ki, gözlənilməz səfərə də çıxasınız. Amma pul və sənədləşdirmə işləri ilə bağlı bütün planlarınızı təxirə salın.Oğlaq:Maraqlı adamlarla görüşləriniz mümkündür. Belə məqamlarda kiminsə əleyhinə danışmaqdansa, öz söhbət və davranışlarınızla rəğbət qazanmağa çalışın. Riskdən uzaq olun.Dolça:Artıq on gündür ki, qlobal problemlərinizin həlli yolları aydınlaşır. Bunu sürətləndirmək üçün ətrafınızda etibarlı insanlar olmalıdır. Axşama yaxın səhhətinizi qoruyun.Balıqlar:Əsas diqqətinizi fəaliyyətə yönəldin. Yalnız bu halda, qarşıya qoyduğunuz məqsədlərə nail ola bilərsiniz. Həmkarlarınızla, eləcə də doğmalarınızla münasibətdə acıdil olmayın.Rəşad Əliyev BAKU.WS
Oxşar xəbərlər
Cümə gününə ulduzlar nə vəd edir? - 09.03.2018
Gündəlik bürclər haqqında məlumat əldə etmək istəyirsizsə BAKU.WS-in təqdim etdiyi "Ulduz Falı" rubrikasını nəzərdən qaçırmayın: Qoç:İxtiyarınızda olan bu bayra...