Çərşənbə axşamına ulduzlar nə vəd edir? 06.03.2018
06
mar
2018
09:25
Gündəlik bürclər haqqında məlumat əldə etmək istəyirsizsə BAKU.WS-in təqdim etdiyi "Ulduz Falı" rubrikasını nəzərdən qaçırmayın:Qoç: Ulduzlar bu gün işlərinizin çox olmayacağını, buna görə də rahatlığınızı bərpa edəcəyinizdən xəbər verir. Vaxtınızın əsas hissəsini sevgiyə həsr edin. Bugünkü dualarınız qəbul olunacaq.Buğa: Durumunuzdan bəlli olur ki, sevindirici xəbərlər gözləyirsiniz. Əmin olun ki, Göy qübbəsi sizi intizarda qoymayacaq. Bəzi mətləbləri gerçəkləşdirmək üçün pul xərcləməkdən çəkinməyin.Əkizlər:Mövcud durumunuzu yüngülləşdirmək üçün etibar etdiyiniz dostlarınızdan dəstək almağa çalışın. Qərar çıxararkən tələsməyin. Sənədləşdirmə ilə bağlı işlərinizi qaydasına salın.Xərçəng:Sizə qarşı yönələn iradların obyektivlik dərəcəsindən asılı olaraq onlara münasibət bildirməyiniz vacibdir. Çünki belə yerdə susmaq "qızıl" olmayacaq. Sizi sevənlərə qayğı göstərin.Şir: Həddindən ziyadə uğurlu bir gün yaşayacaqsınız. Ünsiyyətdə olduğunuz hər bir kəs ovqatınızın yüksəlməsinə xidmət edəcək. Naharda sürprizlər mümkündür. Məsuliyyətinizi artırın.Qız: Yaxın on gündə görəcəyiniz işləri mütləq bu gün dəqiqləşdirin. İstənilən sövdələşmədə iştirakınız əhəmiyyətlidir. Vaxtınız qalsa, məhəbbət amilinə də nəzər yetirin.Tərəzi: Qarşılıqlı münasibətlər zəminində qərəzli mövqe nümayiş etdirməyin. Yersiz qısqanclıq, tələsik qərarlar sizə başucalığı gətirən deyil. Bir qədər məxfilik prinsiplərinə söykənin.Əqrəb: Təəssüf ki, ulduzların düzümü kifayət qədər gərgin gün olduğunu göstərir. Odur ki, hər bir addımda ehtiyatlı olmalısınız. Ağlınız kəsməyən, həmçinin riskli işlərdən uzaq olmağa çalışın.Oxatan:Saat 14-ə qədər darıxdırıcı məqamlar yaşasanız da, sonrakı müddətdə aktivliyiniz artacaq. Müştərək fəaliyyət üçün mühüm şəxslərlə görüş keçirin. Daxili orqanlarınıza ciddi fikir verin.Oğlaq:Enerji və səhhətiniz qaydasında olduğundan ovqatınız xoş olacaq. Odur ki, ciddi maneə ilə rastlaşmayacaqsınız. Ulduzlar hansısa xəstəyə baş çəkməyinizi tövsiyə edir.Dolça:Dünəndən Ay bürcünüzdə olduğu üçün gərginliyiniz ola bilər. Lakin təmkin göstərməklə ola bilsin, bu kimi hallarla üzləşməyəsiniz. Sağlamlığınızın qayğısına qalmağı da unutmayın.Balıqlar:Şanslarınız artsa da, qarşınızda duran maneələri dəf etmək üçün özünüzdə təpər tapmalısınız. Ələlxüsus da günün ikinci yarısında ayıq-sayıqlığınızı artırmalı, münaqişələrdən yayınmalısınız.Rəşad ƏliyevBAKU.WS
Oxşar xəbərlər
Həftənin ilk iş günü "Bazar ertəsi"nə ulduzlar nə vəd edir? 05.03.2018
Gündəlik bürclər haqqında məlumat əldə etmək istəyirsizsə BAKU.WS-in təqdim etdiyi "Ulduz Falı" rubrikasını nəzərdən qaçırmayın:Qoç:Yalnız saat 12-14 arası gərg...