Şənbə gününə ulduzlar nə vəd edir? - 16.03.2018

Şənbə gününə ulduzlar nə vəd edir? - 16.03.2018
Şou-biznes 2055
Gündəlik bürclər haqqında məlumat əldə etmək istəyirsizsə BAKU.WS-in təqdim etdiyi "Ulduz Falı" rubrikasını nəzərdən qaçırmayın: Qoç - Bayram ovqatlı gün olduğunu nəzərə alan ulduzlar günün əsas saatlarını istirahətə həsr etməyinizi məsləhət görür. Çox da uzaqda yerləşməyən ünvanlara qonaq getməyə də dəyər.Buğa – Ümumi əhvalınızda yaranmış passivlik aradan qalxacaq. Odur ki, işlə bağlı planlarınızın həllini sürətləndirin ki, uğurlara yetişəsiniz. Yersiz mübahisələrdən əl çəkin.Əkizlər - Saat 14-ə qədər münaqişəli situasiyalara cəlb olunma ehtimalınız yarandığından həmin müddəti yalnız ev şəraitində keçirməlisiniz. Sonrakı ərəfəni isə xoş ovqatda başa vuracaqsınız.Xərçəng - Bütün vaxtınızı görüş və əyləncələrə həsr etsəniz, bu təqvimdən xeyli razı qalacaqsınız. İştirak etdiyiniz məkanlarda çalışın ki, daha çox sevdiyiniz adamlarla birgə olasınız.Şir - Əsasən sənədləşdirmə və alış-veriş işi üçün uğurlarınız ola bilər. Saat 14-16 arası isə qazanc əldə etmək imkanınız yaranacaq. Şəxsi münasibətlər üçünsə gərgin gündür.Qız – Novruz Bayramına qədər görəcəyiniz işləri yaxşı-yaxşı planlaşdırın. Çünki bu təqvimdə başınıza yeni ideyalar gələcək. Bununla yanaşı, səhhətinizi qorumağı da unutmamalısınız.Tərəzi - Uzaq səfərə çıxmaq bu gün yalnız sizin bürcdən olanlar üçün müvəffəqiyyətlidir. Bununla yanaşı, maliyyə məsələlərinin həllində və fəaliyyətdə də müəyyən irəliləyişlərə nail ola bilərsiniz.Əqrəb - Yeni əlaqələr yaratmaq üçün bütün gücünüzü axtarışlara həsr etməlisiniz. Bu gün sizə daha əzmkarlıq göstərmək məsləhətdir. Nahardan sonra varlanma ehtimalınız var.Oxatan - Yaxşı olar ki, ixtiyarınızda olan bu təqvimdə ciddi məbləğdə borc verməyəsiniz. Əks təqdirdə həftə boyu problemləriniz səngiməyəcək. Axşama yaxın sevindirici xəbər eşidəcəksiniz.Oğlaq - Hər mənada uğurlu vaxtdır. Həm ailə-sevgi münasibətlərində, həm də məqsədlərə yetişmək istiqamətində uğurlarınız artacaq. Özünüzə güvənməklə çox zirvələri fəth edəcəksiniz.Dolça - Böyük dəyişikliklər astanasındasınız. Daxili süstlüyünüz də səngiməkdədir. Elə addımlar atın ki, qarşınızda duran şanslardan bəhrələnəsiniz. Sevgidə də uğurlarınız labüddür.Balıqlar - İş yerində həmkarlarınızla mübahisələriniz gözlənilir. Bunu nəzərə alıb təmkin göstərin. Ən azı ona görə ki, əsəbləriniz qaydasında deyil. Sevginizə xələl gətirən hərəkətlərə son qoyun.Rəşad ƏliyevBAKU.WS

Oxşar xəbərlər

Yel çərşənbəsində ulduzlar nə vəd edir?

Yel çərşənbəsində ulduzlar nə vəd edir?

Gündəlik bürclər haqqında məlumat əldə etmək istəyirsizsə BAKU.WS-in təqdim etdiyi "Ulduz Falı" rubrikasını nəzərdən qaçırmayın: Qoç - Əksər məsələlərdə gün siz...

2541 Şou-biznes 08:59 13 mart 2018

Son xəbərlər