Yel çərşənbəsində ulduzlar nə vəd edir?

Yel çərşənbəsində ulduzlar nə vəd edir?
Şou-biznes 2541
Gündəlik bürclər haqqında məlumat əldə etmək istəyirsizsə BAKU.WS-in təqdim etdiyi "Ulduz Falı" rubrikasını nəzərdən qaçırmayın: Qoç - Əksər məsələlərdə gün sizin xeyrinizə işləyəcək. Şəxsi işlərinizdə müsbət rol oynaya biləcək insanlarla da rastlaşacaqsınız. Unutmayın ki, hazırda uğurlarınıza gedən yolun astanasındasınız.Buğa - Sevgi məsələlərinə mülayim yanaşın. Bu, həm mövcud olan əsəbiliyinizi azaldar, həm də işlərinizin yaxşılaşmasına təkan verə bilər. Qohumluq münasibətlərinə xüsusi fikir verin.Əkizlər - Hər mənada uğurlu təqvimdir. Öz gücünüzə etibar edin. Çünki Göy qübbəsi sizə elə bir enerji verəcək ki, bütün maneələri dəf edə biləcəksiniz. Axşamsa sürprizlər gözlənilir.Xərçəng - Günün birinci yarısında nəzərdə tutduğunuz perspektivlərin müəyyən hissəsini həll edə biləcəksiniz. Nahardan sonra isə yalnız neytral mövqe tutmalı, riskdən uzaq olmalısınız.Şir – Elektrik və digər avadanlıqlarla ehtiyatlı davranın ki, xəsarət almayasınız. Digər sahələrdə elə bir çətinliyiniz olmayacaq. Axşam saatlarını ürəyinizə yaxın dostlarla gəzintiyə həsr edin.Qız - Passiv gündür. Hansısa qeyri-adi hadisəni gözləməyə dəyməz. Yaxşı olar ki, üzərinizə düşən adi işlərin həlli ilə məşğul olasınız. Məxfi görüşləri və səfərləri təxirə salın.Tərəzi - Təxminən saat 14-ə qədər ümumi əhvalınız süst olduğundan bütün ciddi işlərinizi təxirə salın. Sonrakı müddətdə isə maliyyə uğurlarınız gözlənilir. Uzaq yola çıxmayın.Əqrəb - İxtiyarınızda olan bu təqvimdə işgüzarlığınız kifayət qədər artacaq. Bu səbəbdən də şəxsi büdcənizi qorumalı, fəaliyyət istiqamətlərini dəqiqləşdirməlisiniz. Yeni təkliflərə razı olmayın.Oxatan - Maraqlı görüşlər yolunuzu gözləyir. Bu kimi sövdələşmə və müzakirələrdə iştirakınız yaxın gələcəyin planlarını həyata keçirməyə kömək edəcək. Şübhəli adamlardan uzaq olun.Oğlaq - Kifayət qədər mübahisəli gündür. İfadə etdiyiniz hər bir sözə ciddi yanaşın. Əks təqdirdə münaqişəli situasiyalara cəlb olunacaqsınız. Falçı və cadugərlərdən uzaq olun.Dolça - Qarşılıqlı münasibətlərdə, eləcə də işgüzar sövdələşmələrdə ulduzlar sizə dəstək verəcək. Böyük uğurlarınızın ilkin qığılcımları məhz bu təvimdən etibarən start götürəcək.Balıqlar - İxtiyarınızda olan bu maraqlı gündə savab işlərinizin sayını artırmağa çalışın. Bu, sonrakı proseslərin həllində sizə kömək edəcək. Mövcud problemlərə görə narahat olmağa isə dəyməz.Rəşad ƏliyevBAKU.WS

Oxşar xəbərlər

Şənbə gününə ulduzlar nə vəd edir?  - 10.03.2018

Şənbə gününə ulduzlar nə vəd edir? - 10.03.2018

Gündəlik bürclər haqqında məlumat əldə etmək istəyirsizsə BAKU.WS-in təqdim etdiyi "Ulduz Falı" rubrikasını nəzərdən qaçırmayın: Qoç – Ay bürcünüzdə olduğundan...

938 Şou-biznes 07:32 10 mart 2018

Son xəbərlər