Çərşənbə axşamına ulduzlar nə vəd edir? 27.03.2018
27
mar
2018
08:53
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gündəlik bürclər haqqında məlumat əldə etmək istəyirsizsə BAKU.WS-in təqdim etdiyi "Ulduz Falı" rubrikasını nəzərdən qaçırmayın.Qoç - Səhər saatlarında ovqatınızı qoruya bilsəniz, axşama qədər heç bir narahatçılıq keçirməyəcəksiniz. Ulduzlar dostlarınızla birgə olmağınızın əhəmiyyətindən xəbər verir.Buğa - Yalnız nahar ərəfəsində müəyyən mübahisələrə cəlb oluna bilərsiniz. Qalan saatlarda iştirakçısı olduğunuz bütün proseslər əhval-ruhiyyənizin yüksəlişinə xidmət edəcək.Əkizlər - Hazırkı gərginliyinizi dəf etmək üçün ürəyinizə yaxın olan dost-tanışlarınızla təmas qurun. Bu arada bəxtiniz daha çox ailə-sevgi münasibətlərində gətirəcək. Pulsuzluqdan şikayətlənməyin.Xərçəng - Daha çox səhhətinizin qayğısına qalın. Bu səbəbdən də işlə bağlı müəyyən passivliyiniz nəzərə çarpacaq. Ciddi məbləğdə pul xərcləməkdən, uzaq yola çıxmaqdan vaz keçin.Şir - Bürcünüz üçün əlamətdar təqvimdir. Ələlxüsus da fəaliyyətlə bağlı proseslərdə vəziyyət xeyrinizə dəyişəcək. Atacağınız hər bir addımı daha çox özünüz müəyyənləşdirməyə çalışın.Qız - Təzadlı vaxtdır. Proseslərin inkişafı gah müsbət, gah da mənfi istiqamətdə cərəyan edə bilər. Belə məqamlarda hadisələrə obyektiv qiymət verməlisiniz. Vaxt tapıb ziyarətgahlara da gedin.Tərəzi - Bu mürəkkəb təqvimdə büdcənizdə ciddi artım olacağı labüddür. Boş məsrəflərə xərc çəkməkdənsə bir az qənaətcil olun. Yaxın dostlarınıza və qohumlarınıza qarşı unutqan olmayın. Əqrəb - Bütün qərarları yalnız özünüz verin. Tam bələd olmadığınız və ya şübhə ilə yanaşdığınız adamların məsləhətlərinə əhəmiyyət verməyin. Ulduzlar varlanacağınızdan xəbər verir.Oxatan - Olduqca məhsuldar ərəfədir. Məhz bu amili nəzərə alıb qarşınıza qoyduğunuz planların icrasında aktivliyi əldən verməməlisiniz. Axşam maraqlı görüşlərdə iştirakınız mümkündür.Oğlaq - Bu gün mütləq əzmkarlığınızı artırmalı, dinclik bilməməlisiniz. Ailə-sevgi məsələlərində təşəbbüskarlığı ələ alın. Bunun nə dərəcədə səmərəli olduğunu yaxın vaxtlarda mütləq görəcəksiniz.Dolça - Neçə müddətdən bəri daxili sıxıntılarınıza səbəb olan bəzi problemlərin həllinə işıq düşəcək. Özünüzdən əvvəl gələn bürclərlə müqayisədə ümumi ovqatınız daha qənaətbəxş olacaq. Balıqlar - Qarşınızda duran sürprizlərdən istifadə edə bilsəniz, uğurlarınız xeyli artacaq. Daxili gərginliyiniz də aradan qalxmalıdır. Hər bir situasiyaya obyektiv qiymət verməyə çalışın.Rəşad ƏliyevBAKU.WS
Oxşar xəbərlər
Həftənin ilk iş gününə ulduzlar nə vəd edir?
Gündəlik bürclər haqqında məlumat əldə etmək istəyirsizsə BAKU.WS-in təqdim etdiyi "Ulduz Falı" rubrikasını nəzərdən qaçırmayın.Qoç - Hər hansı işdə təkbaşına a...