Conni Depp festivalda göz yaşlarını saxlaya bilmədi - VİDEO
Mayın 16-da Kannın "Palais des Festivals" sarayında 76-cı Kann Film Festivalının açılışı olub. Festivalda "Jeanne Du Barry" filminin nümayişi yeddi dəqiqə aralıqsız alqışlarla qarşılanıb.
BAKU.WS xəbər verir ki, bu barədə "People" məlumat yayıb.
Layihədə əsas rolda oynayan Hollivud ulduzu Conni Depp nümayişdən sonra alqışlar zamanı göz yaşlarını saxlaya bilməyib.
Amerikalı aktyor filmdə Fransa kralı XV Lüdovikin rolunu canlandırıb.
Qeyd edək ki, sözügedən film həm də Deppin keçmiş həyat yoldaşı Amber Heard ilə məhkəmə çəkişməsi bitdikdən sonra ilk işidir. Bu əsər onun son üç ildə ilk böyük rolu olub.
Film Kral XV Lüdovikin sonuncu məşuqəsi, fəhlə sinfindən olan və daha sonra Fransanın ən nüfuzlu qadınlarından birinə çevrilən gənc qadın Janna Dübarrinin həyatından bəhs edir.
Oxşar xəbərlər
Conni Depp və Amber Hördün məhkəməsində YEKUN QƏRAR
Hollivud ulduzları Conni Deplə keçmiş həyat yoldaşı Amber Hörd arasındakı qalmaqallı məhkəmə prosesində yekun qərar məlum olub. BAKU.WS xarici mətbuata istinadl...