Şiddətə məruz qalan aktyor: "Arvadım siqareti üzümə basdı, atdığı içki şüşəsi barmağımı kəsdi" - FOTO

Şiddətə məruz qalan aktyor: Arvadım siqareti üzümə basdı, atdığı içki şüşəsi barmağımı kəsdi - FOTO
Foto
Şou-biznes 458

Hollivud ulduzu Conni Deppin keçmiş həyat yoldaşı Ember Herddən 50 milyon dollar tələbi ilə açdığı məhkəmədə yenidən dindirilib.

BAKU.WS xəbər verir ki, Depp çıxışı zamanı Ember tərəfindən dəfələrlə şiddətə məruz qaldığını bildirib.

Onun sözlərinə görə, cütlük evləndikdən bir ay sonra aralarında mübahisə yaşanıb. Daha sonra davaya çevrilən mübahisə zamanı Herd içki şüşəsini Deppə atıb və onun barmağı kəsilib.

Yaşanan digər mübahisələrdən birində isə Ember kül qabından yanan siqareti götürərək Conninin üzünə basıb.

Məhkəmə zamanı Depp keçmiş arvadının ona dəfələrlə televizor pultu atdığını da iddia edib.

Son xəbərlər